Trampın 1 nömrəli vəkili həbs olundu, işlər bərk dolaşdı

Trampın 1 nömrəli vəkili həbs olundu, işlər bərk dolaşdıABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları prezident Donald Trampın keçmiş vəkili Maykl Koeni həbs ediblər.

BiG.AZ bildirir ki, virtualaz.org-un ABŞ KİV-lərinə istinadən verdiyi xəbərə görə, dələduzluqda ittiham olunan Koen ötən gün avqustun 21-də özü könüllü FTB-yə gedib. Bu, Koenin vəkilləri ilə prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə bank sferasında maxinasiyalar barədə ittihamlara aiddir.

Sövdələşməyə əsasən Koen bu ittihamlar üzrə özünü təqsirli bilir, ittiham tərəfi isə ona yüngül cəza tələb etməyə razılaşır. Lakin mənbələrə görə Koen və prokurorlar həbs müddəti barədə razılığa gələ bilməyiblər. Hüquqşünasın vəkilləri israr edir ki, Koen uzağı üç il həbs cəzası almalıdır. Prokurorlar isə 4 il və daha çox həbs cəzası barədə danışır. Maykl Koen Trampın hüquqşünaslar komandasının "1 nömrəli" üzvü olub və həm seçki kampaniyası dövründə, həm ondan əvvəl onun maraqlarını müdafiə edib.

Koen FTB-yə təslim olduqdan sonra Nyu-York vaxtı ilə ötən gün saat 23.00-da məhkəməyə çıxarılıb. O, məhkəmədə hər şeyi etiraf edib, maliyyə cinayətlərini Trampın tapşırığı ilə həyata keçirdiyini bildirib.

Koen yalan ifadə verməyəcəyinə dair and içərək jüriyə bildirib ki, Tramp seçkilərin nəticələrinə təsir etmək məqsədi ilə ona iki qadına pul ödəməyi tapşırmışdı. Söhbət Donald Trampla intim münasibətlərdə olmuş pornoaktrisa Stefani Klifforddan və "Playboy" jurnalının keçmiş modeli Karen Makduqaldan gedir. Tramp Melaniya ilə evli olduğu halda həmin qadınlarla intim münasibətlərdə olub. Və bu məsələnin seçki kampaniyası zamanı açıqlanmasına və nəticədə seçkilərin nəticələrinə təsir göstərməsinə imkan verməmək üçün vəkili vasitəsilə onlara yüz minlərlə dollar ödəyib.

"Əgər bu qadınlara pul ödəmək Makyl Koen üçün cinayətdirsə o zaman nəyə görə Donald Tramp üçün də cinayət sayılmasın?"-Koenin vəkili məhkəmədə sual edib.

CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəməyib, amma məhkəmə sənədlərində prezidentin adı "Şəxs-1" kimi keçir.

Koen məhkəmədə Trampın seçki kampaniyasını maliyyələşdirmək üçün qanunsuz yollarla 500 min dollar kredit aldığını da etiraf edib.

Koenin vəkili deyib ki, onun müdafiə etdiyi şəxs Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüssui prokuror Robert Mülleri maraqlandıra biləcək informasiyaya da malikdir. Vəkil Lenni Devisin bildirdiyinə görə Koen xüsusi prokurora 2016-cı il seçkilərində Amerika demokratik sistemini gözdən salmağa yönəlmiş sövdələşmə, Trampın demokratların seçki qərargahına haker hücumları barədə məlumatlı olduğu haqda xüsusi prokurora ifadə verməkdən "xoşbəxt olacaq".

Maykl Koenin xüsusi prokurora Tramp-Rusiya sövdələşməsi barədə bildiklərini danışması Müllerin ABŞ prezidentinə ittiham irəli sürməsinə gətirib çıxara bilər. Hesab edilir ki, Müller Trampın əleyhinə artıq bir sıra dəlillər toplayıb.

Ümumiyyətlə bu günlərdə Trampın başı üstündə buludlar sıxlaşır. Koenin həbs edildiyi gün Virciniya məhkəməsi onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortu 18 ittihamdan 8-i üzrə təqsirli bilib. Bura vergilərdən yayınma, maliyyə maxinasiyaları, xaricdə gizli bank hesabı açmaq ittihamları da daxildir. Manafort hazırda həbsdədir və onu uzunmüddətli cəza gözləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1394   Tarix: 23 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17.04.2024 1051
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 344
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 257
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

11:59 191
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1592
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 896
.

Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ

"2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib"

17.04.2024 447
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 338
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 266