Azərbaycanda ilk dəfə: Muğam FlaşMob (Video)

Azərbaycanda ilk dəfə: Muğam FlaşMob (Video)Eurovision-ın Azərbaycandakı Rəsmi Fan Klubu cümə günü Park Bulvar alış-veriş mərkəzi ilə birgə "Muğam" flashmob-u keçirib.
Flashmob zamanı alış-veriş mərkəzinin 3-cü mərtəbəsində, yemək masaları olan hissədə, anidən tar, kamança və nağarada muğam ifa olunmağa başlanıb. Bir qədər sonra musiqiçilərə növbə ilə muğam ifaçıları qoşularaq ifanı davam etdiriblər. Sonda gənc xanəndələr Qarabağ Şikəstəsi ilə öz ifalarını bitiriblər. Alqışlar səslənərkən Fan Klubun üzvləri öz yerlərindən qalxaraq üzərində Eurovision loqotipləri olan papaqlar geymiş "Light Your Fire" sloqanını bir ağızdan səsləndiriblər. Flashmob iştirakçıları öz yerlərinə əyləşərək əvvəlki kimi davranmağa davam etdilər və beləliklə flashmob sona çadıb.
Qeyd edək ki, flashmob zamanı ifaçılar xalq artisti Arif Babayevin tələbələri olan Milli Konservatoriyanın gənc muğam ifaçıları olublar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1488   Tarix: 09 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740