"Lavrovun sərt tənqidi artıq nəticədir" - Paşinyana növbəti xəbərdarlıq

"Lavrovun sərt tənqidi artıq nəticədir" - Paşinyana növbəti xəbərdarlıqErmənistanın baş naziri Nikol Paşinyanın 17 avqustdakı 100 günlük hesabat mitinqində vəzifədə olduğu bu müddət ərzində gördüyü işlər barədə hesabat vermək əvəzinə, baş nazir kreslosunda hələ uzun müddət oturmaq üçün təhdid dili ilə əleyhdarlarına ultimatum göndərməsi ölkənin siyasi səhnəsində növbəti tragikomik ssenarilərin işə düşə biləcəyindən xəbər verir.

BiG.AZ azvision.az-a istinadən xəbər verir ki, Ermənistanın müxalif Respublikaçılar partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyan hökumətini "tostlar" səviyyəsində beynəlxalq əlaqələr qurmaqda, boşboğazlıqda və ölkəyə yeni təhdidlər cəlb etməkdə günahlandırıb.

Onun sözlərinə görə, baş nazirin mitinqdə dediyi kimi, Respublikaçılar heç də Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən yox, bu münasibətlərin pisləşməsindən narahatdır. Və İrəvanın Moskva ilə münasibətlərinin əvvəlkitək olmamasında bilavasitə Paşinyan məsuliyyət daşıyır. Çünki Şarmazanovun fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri heç də sadə çağırış yox, İrəvana xəbərdarlıqdır.

"Ermənistanla Rusiyanın gələcək münasibətləri üçün narahatlığa əsas var. Fikrimcə, Paşinyan bizdən daha çox narahatdır, çünki bir səhvin ardınca digərini təkrarlayır. Yeni hökumət Rusiya ilə münasibətlərini "tostlar" səviyyəsində qurur. Lakin beynəlxalq münasibətlər tost söyləməklə qurulmur. Necə deyərlər, siyasətdə başlıca məsələ boşboğazlıq yox, effektivlikdir. O da ki, yeni hökumətdə yoxdur. Paşinyan nə istəyir bəyan edə bilər. (Putinlə) görüşlərdən və telefon danışığından da bəhs edə bilər, amma əsas olan bu deyil. Əsas nəticədir. Bizim üçün nəticə isə Rusiya Xarici İşlər Nazirliyi və onun rəhbəri Sergey Lavrovun Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasəti sərt qiymətləndirməsi və tənqididir", - deyə Şarmazanov vurğulayıb.

Parlamentin vitse-spikeri onu da bildirib ki, Paşinyan öz gələcəyindən və vəzifədən getməkdən qorxduğuna görə, şantaj və populizm yeni hökumətin əsas silahına çevrilib. Şarmazanovun sözlərinə görə, baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı konstitusiyaya dəyişiklik etmək istəyi də bununla əlaqədardır. Və gülməlisi odur ki, Paşinyan bunu heç gizlətmir də və mitinqdə əleyhdarlarından qorxduğunu açıq şəkildə nümayiş etdirib. Bu isə o deməkdir ki, Paşinyan üçün hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Ermənistanın gələcəyi və sabitliyi yox, baş nazir postunda möhkəmlənmək daha vacibdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 497   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

16:26 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0