6 vəzifəli şəxs məhkəməyə verildi

6 vəzifəli şəxs məhkəməyə verildiQum-çınqıl karxanaları ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə BiG.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkədə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir: "Xəbər verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.

"Göyçay qum-çınqıl" yatağında fiziki və hüquqi şəxslərə məxsus karxanaların fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanan materiallar əsasında Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə başlanan cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Həmin cinayət işlərindən daha 1-i ayrıca icraata götürülərək istintaqı tamamlanıb.

Qeyd edilən iş üzrə aparılan istintaq zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl olunmaması, dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, "Elnicat" MMC-nin direktoru Bəhruz Sadayev, fiziki şəxslər Natiq Zakirov və Nazim Qasımov, "Azpod" MMC-nin qum-çınqıl istismarı sahəsinin rəisi Nəcməddin Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs, "Azəraqrartikinti" ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın bir qisminin ödətdirilməsi təmin edilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərə məxsus əmlak üzərinə həbs qoyulmaqla cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Hazırda respublikanın digər bölgələrində bu sahədə yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqı aparılan digər cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 238
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 1109
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 262
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 712
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

11:11 112
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 322
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 362
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 490
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 752