"Toppuş bacı"da yenidən xərçəng aşkarlandı - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

"Toppuş bacı"da yenidən xərçəng aşkarlandı - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.

Aktrisa bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:

"Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7321 Tarix: 20.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
alimehdi
alimehdi 20.08.2018
Allah yardımçınız olsun. Dualarımız səninlədir!
pryanka
pryanka 20.08.2018
Allah şefa versin