Azərbaycanda çobanlar "Jeep"lə qəzaya düşdü - XƏSARƏT ALANLAR VAR

Azərbaycanda çobanlar "Jeep"lə qəzaya düşdü - XƏSARƏT ALANLAR VAR
Zərdab şəhərinin girəcəyində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ "Report”a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan "Jeep” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə maşında olan 3 nəfər xəsarət alıb. Onlardan birinə yerindəcə tibbi yardım göstərilib. Vəziyyətləri ağır olan iki nəfər - 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Paşazadə Toğrul Xalid oğlu və onun həmyerlisi Kazımov Ümid Şəmil oğlu Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Toğrul Paşazadənin vəziyyəti ağır olduğu üçün az sonra təcili paytaxtın tibb müəssisələrindən birinə yola salınıb. Əldə edilən məlumata görə, o, kəllə-beyin travması alıb, kəllə-beyin sümükləri sınıb və daxili qanaxma yaşayıb.

Qəzaya düşmüş şəxslər Zərdab rayonunda yerləşən fermalardan birinin çobanlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 973 Tarix: 19.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər