Kirayənişini qarət edən ev sahibi kameraya düşdü – VİDEO

Kirayənişini qarət edən ev sahibi kameraya düşdü – VİDEO
Türkiyədə əşyalarının yoxa çıxmasından şübhələnən kirayənişin evinə təhlükəsizlik kamerası quraşdırıb. Bundan sonra baş verənlər isə onu şoka salıb.

Hadisə Bursanın İznik rayonunda, Səlcuq məhəlləsində baş verib.

İddiaya görə, dörd mərtəbəli binanın ikinci mərtəbəsində yaşayan məktəb direktoru O.G.K. oğurluqda şübhələndikdən sonra evinə kamera yerləşdirərək mobil telefonla izləməyə başlayıb.

İzləyərkən evə birinin daxil olduğu görüb və onun kimliyini aydınlaşdırmaq üçün evinə gedib. Evdə ev sahibinin arvadı S.T. ilə qarşılaşıb.

Kameralara tuş gələn ev sahibi günahını boynuna almayıb, qapını bağlamaq üçün evə girdiyini deyib.

Hadisə yerinə gələn polis müəyyən edib ki, qadın qapını öz açarı ilə açıb, içəridən bağlayaraq, evdə gəzib və əşyaları qarışdırıb.

“Boşqablarımı, örtüklərinin, stəkanlarımı sən oğurlamısan. Hər şeyi sən götürmüsən. Sənə görə dalaşmışıq”, - kirayənişinin arvadı oğruya qəzəbini dilə gətirib.(oxu)


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1405 Tarix: 19.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol