Braziliyada adamyeyənlər peyda olub (VİDEO)

Braziliyada adamyeyənlər peyda olub (VİDEO)Braziliyanın Qaranhuns şəhərində bir qrup adamyeyən peyda olub. İnsan qanına susamış bu hanibalları polis ələ keçirib. Məlumata görə, ələ keçirilən "insanlar" eyni ailənin üzvləri olublar. Söhbət bir nəfər kişi, onun arvadı və məşuqəsindən gedir. Onlar indiyə kimi azı iki qadını öldürərək onları doğrayıb və yeyiblər. Hətta qadınların ətindən Cənubi Amerika mətbəxinə aid olan empa`nada piroqu hazırlayıb qonşulara da satıblar. Məlumata görə, onlar bəşəriyyətin sayını azaltmağı əsas hədəf götürən özlərinin qondarma sektalarının üzvü olublar.

Məsələni araşdıran "Estado de sao paulo" qəzeti qeyd edib ki, həbs edilən Corc Beltrao Neqromonte adlı kişi "Şizofrenin kəşfi" adı altında 50 səhifəlik kitab yazıb. Kitabda o, qeybdən səs eşitdiyini və qadınları öldürməyə meylli olduğunu bildirib. Məlumata görə, onlar qadınları evdə uşaqlara dayə axtarışı bəhanəsi ilə ələ keçirirmişlər. Onların ələ keçməsi isə qadınlardan birinin kredit kartından istifadə etməsi olub. Polis təqib nəticəsində öldürülən insanların qalıqlarını onların evlərinin arxa həyətində tapa bilib. Onlar, həmçinin, qonşuluqda yaşayan qadını da yeməyi planlaşdırırmışlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 10685   Tarix: 16 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740