50 yaşlı kişidən azyaşlıya qarşı İYRƏNC ƏMƏL: Ayaqyoluna aparıb təcavüz etdi - FOTO

50 yaşlı kişidən azyaşlıya qarşı İYRƏNC ƏMƏL: Ayaqyoluna aparıb təcavüz etdi - FOTO

Türkiyənin istirahət mərkəzlərindən olan Bodrumda iki uşaq atası 50 yaşlı S.G azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, Ortakent-Yahşi məhəlləsində mağaza sı olan sahibkar iş yerindəki şəxslərdən birinin azyaşlı qızı ilə maraqlanmağa başlayıb. 5 yaşlı qıza yaxınlaşıb və ona, "Gəl səninlə Sünger Bob oyunu oynayaq” deyib. Daha sonra o uşağı başqa bir mağazanın ayaqyoluna aparıb və təcavüz edib.

Uşağın ayaqyoluna getdiyini görən böyük qardaşı şübhələnib. O bacısından hara getdiyini soruşduqdan sonra hadisədən xəbərdar olub.

Azyaşlının qardaşı 50 yaşlı təcəvüzkarı döydükdən sonra polisə xəbər verib. Əraziyə gələn polis əməkdaşları S.G-ni bölməyə aparıblar. 50 yaşlı kişi uşağa təcavüz etməkdə günahlandırılaraq həbs olunub.

Məlum olub ki, S.G əvvəllər də həmin uşağa qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüzkar haqqındakı ittihamları rədd edərək: "Mənim sahibi olduğum mağazanın ayaqyolu problemli olduğu üçün qonşu obyektə yollandım. Bu zaman uşaq da həmin yerə gəlib. Başqa heç bir hadisə olmayıb”-deyib.

Uşağın pedeqoq vasitəsi ilə ifadəsi alınıb. Məlum olub ki, o uşağa qarşı əxlaqız ifadələr işlədib və seksual xarakterli hərəkətlər edib.

50 yaşlı kişidən azyaşlıya qarşı İYRƏNC ƏMƏL: Ayaqyoluna aparıb təcavüz etdi - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1887 Tarix: 17.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər