Fransadan Türkiyəyə dəstək gəldi

Fransadan Türkiyəyə dəstək gəldi

Türkiyədəki iqtisadi sabitlik Fransa üçün vacibdir.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.

Məlumata görə, liderlər telefon danışığı zamanı Ankara və Paris arasında ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Ərdoğan və Makron rəhbərlik etdikləri ölkələrin iqtisadi, ticarət və qarşılıqlı investisiya münasibətlərinin genişlənməsinin vacibliyini qeyd ediblər.

Tərəflər qısa müddətdə Türkiyənin xəzinədarlıq naziri Berat Albayrak və onun fransız həmkarı arasında görüşün keçirilməsi ilə bağlı razılıq əldə ediblər.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1207 Tarix: 16.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
kimcen
kimcen 17.08.2018
Onlardan xeyir goren Allahdan bela derd cekir misali


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər