Toylarda yemək verilməyəcək - AZƏRBAYCANDA

Toylarda yemək verilməyəcək - AZƏRBAYCANDA

Bundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb.

Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildirib. Məlumatda qeyd olunur ki, sentyabrın 1-dən etubarən Azərbaycanın Naxçıvan bölgəsində toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat təklif ediləcək.

Bunun israfçılığın qarşısını almaq üçün edildiyi bildirilir.

Qeyd edək ki, mütəmadi olaraq sosial şəbəkə və mətbuatda Azərbaycanda toylarda israfçılığa yol verildiyi yazılıb və bu hal dəfələrlə tənqid olunub.

Qeyd edək ki, bundan əvvəl Naxçıvanda yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tədbirlər görülüb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4350 Tarix: 16.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol