İsti havalarla bağlıı XƏBƏRDARLIQ

İsti havalarla bağlıı XƏBƏRDARLIQ
"Nature Communications" jurnalında planetimizin iqlimi ilə bağlı məqalə dərc edilib.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, məqaləyə əsasən növbəti beş il ərzində planetimizdə anomal istilər və isti qış hökm sürəcək.

"Bizim iqlim modeli göstərir ki, havanın anomal yüksək tempraturu minimum beş il ərzində davam edəcək. Dənizlər üçün isə bu göstərici daha uzun müddət davam edəcək", - deyə alimlər bildiriblər.

Qlobal istilərin nəticələrindən biri kimi ekstremal hava şəraiti hesab edilir. Qışda isti, yayda isə soyuq olur. Bundan başqa həftələrlə leysan yağışları yağır, quraqlıq olur. Qlobal istilər artdığı üçün bu hallar da artacaq və daha böyük ərazini əhatə edəcək.

Alimlərin fikrinə görə, belə halların artması ölümlərin də artmasına səbəb olacaq. İsti havalarda ölən insanların sayında 5 faiz artım müşahidə olunacaq.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2961 Tarix: 16.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər