Dayısını həkim adı ilə Bakıya gətirib - Küçəyə atdı - FOTO

Dayısını həkim adı ilə Bakıya gətirib - Küçəyə atdı - FOTO
Bu gün Bakı şəhər Səbail rayonu ərazisindəki Axundov parkında kimsəsiz qoca kişi tapılıb.

BiG.AZ femida.az-a istinadən xəbər verir ki, adının Əsgərov Maarif Şıxəli oğlu olduğunu deyən şəxs 1942-ci il təvəllüdlüdür. Gəncə şəhər sakini olan 76 yaşlı qocanın dediyinə görə, o bir neçə gündür bu parkda gecələyir. Maarif Əsgərovu öz bacısı qızı Nəhayət həkim müayinəsi adı ilə Bakıya gətirib. Daha sonra onu şəhərdə qoyaraq tərk edib.

Maarif Əsgərovun sözlərinə görə, 3 oğlu, 2 qızı var. Qızları hazırda Gəncədə yaşayır. Amma ataları ilə münasibətləri yoxdu. Həyat yoldaşı Fənarə Əsgərova isə 4 il əvvəl dünyasını dəyişib.

O, Qocalar evinə yerləşmək üçün yardım istəyir. Bunun üçün sənədlərinin qaydaya salınmasına ehtiyac var.

Xatırladaq ki, M.Əsgərov 1 aydan çoxdur ki, Gəncədən Bakıya gətirilib. İki gündür ki, Sumqayıtda qaldığı bacısı qızı onu Bakıya gətirib və burada qoyaraq tərk edib.
Dayısını həkim adı ilə Bakıya gətirib - Küçəyə atdı - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1229 Tarix: 15.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər