Şamaxıda torpaq sürüşməsi oldu

Şamaxıda torpaq sürüşməsi oldu
Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhər, məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib.

Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 245 Tarix: 15.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər