Hacıqabulda zəhərlənib, təyyarə ilə Almaniyaya göndərilən uşaq alman deyilmiş – Açıqlama/YENİLƏNİB

Hacıqabulda zəhərlənib, təyyarə ilə Almaniyaya göndərilən uşaq alman deyilmiş – Açıqlama/YENİLƏNİBXəbər verdiyimiz kimi, Almaniyadan Azərbaycana qonaq gələn uşaq zəhərlənib.

BiG.AZ xəbər verir ki, bunu unikal.org-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Şöbə müdirinin sözlərinə görə,uşaq alman deyil:

"Azərbaycanlı ailənin övladı idi. Onlar Almaniyada yaşayırlar. Sadəcə bir neçə gün öncə Hacıqabula qonaq gəliblər. Orada beş yaşlı Abbasov Nicat Samir oğlu heyvanları məhv etmək üçün olan dərmanı içib. Dərmanın dozası çox olmayıb. Ailə uşağı Şirvan mərkəzi xəstəxanasına aparıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra Şirvana Toksikologiya şöbəsindən həkim dəvət olunub. Uşaq müayinə olunması üçün Bakıya gətirilib. Əgər qalsaydı iki günə evə buraxacaqdıq".

Azər Maqsudov əlavə edib ki, uşaq sağlam şəkildə xəstəxanadan çıxarılıb:

"Uşağın səhhəti normal olub, həyatı təhlükəsi yox idi. Sadəcə, ailə özü uşağını xəstəxanadan çıxarıb və Almaniyaya aparmaq qərarını verdi".

***

Azərbaycanda zəhərlənən 5 yaşlı almaniyalı uşaqla bağlı ətraflı məlumat yayılıb.

Baku.ws-in məlumatına görə, Azərbaycana gəzməyə gəlmiş Almaniyalı ailənin 5 yaşlı oğlu Hacıqabulda səhvən qarışqa zəhəri içərək zəhərlənib.

Hacıqabul təcili tibbi yardım əməkdaşları uşağın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Lakin sonradan uşağın vəziyyətinin pisləşdiyini görən ailə Şirvan mərkəzi xəstəxanasına müraciət ediblər.

Xəstəxanada uşağa qaytarması üçün marqanis içizdiriblər. Amma uşağın vəziyyətində dəyişiklik olmadığından onun mədəsini yuyublar.

Nəticədə uşağın vəziyyəti daha da pisləşib.

Komaya düşən uçşağın valideynləri Bakıdan həkim gətirilməsini tələb etsələr də, xəstəxananın baş həkimi buna ehtiyac olmadığını bildirib.

Lakin valideynlərin israrından sonra Toksikologiya Mərkəzindən həkim gətizdirilir.

Həkim uşağı 3 saat əziyyətdən sonra komadan çıxarıb. Daha sonra uşaq tam sağalmadığı üçün Bakıya gətirilir.

Ailə isə təcili Bakıdakı alman konsulluğuna müraciət edərək Almaniyadakı ADAC sığorta şirkəti ilə əlaqə yaradır.

ADAC tərəfindən göndərilən təyyarə ilə uşaq Hamburga, "Toxikologische Klinikum"a gətirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5145   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914