Salyanda qohumunun evindən oğurluq edən şəxs tutuldu

Salyanda qohumunun evindən oğurluq edən şəxs tutuldu
Salyan rayonunun Yenikənd kənd sakini olan bir qadın avqustun 11-də Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək üç gün əvvəl evindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulunun oğurlandığını bildirib.

DİN Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan rayonu, Yenikənd kənd sakini, 40 yaşlı Ramil Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 382 Tarix: 14.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər