Ermənistan Konstitusiyasında Qarabağla bağlı konkret müddəa var

Ermənistan Konstitusiyasında Qarabağla bağlı konkret müddəa varMillət vəkili Zahid Orucun parlamentdə "Qarabağ haqqında" qanunun qəbulu ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirən spiker Oktay Əsədov sözügedən sənədin hazırlanmasını elə təklif müəllifinin özünə tövsiyyə etmişdi.

Ana Vətən Partiyası sədrinin müavini, millət vəkili Zahid Oruc Qarabağla bağlı irəli sürdüyü təklifi şərh edərkən bildirib ki, söhbət bu məsələnin məhz hüquq müstəvisində tənzimlənməsindən, bizim davranışlarımızdan, işğal reallığına münasibətimizi göstərən qanuni dilin seçilməsindən gedir.

Çünki eyforik, publisistik, ədəbi-bədii, ictimai dil hüquq sistemindən çox-çox fərqlidir. Məlumdur ki, Ermənistan Konstitusiyasında Qarabağla bağlı konkret müddəa var. Həmin müddəada istənilən hakimiyyətə Qarabağın ziyanına hər hansı müqavilə imzalamaq qadağan edilib. Digər bir qanuna görə, Qarabağla bağlı hər hansı beynəlxalq və ya milli sənədlər qeyri-hüquqi elan ediləcək:

"Bu o deməkdir ki, istənilən bu cür beynəlxalq sənədlər, hər hansı müqavilələr onlar tərəfindən qanuni bir sənəd kimi ratifikasiya edilməyəcək. Bunun fonunda Azərbaycan öz torpaqları, əraziləri üzərində münasibətləri, regional, beynəlxalq əlaqələri və vəziyyəti tənzimləmək üçün bir qanun qəbul etsə, nəyi pisdir?"

Z.Oruc bildirib ki, onu bu qanun barədə təklifi qaldırmağa vadar edən Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatlar olub: "Onun "Qarabağın taleyini və statusunu orada yaşayacaq Qarabağ xalqı həll edəcək" bəyanatı son dərəcə təhlükəli bir ideyadır.

Məsələnin danışıqların əsas predmetinə daxil edilməsi, sanki Azərbaycan cəmiyyəti və siyasi dairələrinin bunu həzm etmiş kimi görünməsi problem üzərində bizi düşünməyə vadar etdi. Çünki "Qarabağ xalqı" anlayışı qeyri-mücərrəddir, diplomatik siyasi məna tutumunu necə yerinə yetirməsindən aslı olmayaraq, gerçəkdə bu ölkənin əsas xalqı azərbaycanlılardır. Ayrıca götürülmüş bir ərazidə hansısa etnik, milli zümrələrin üstünlük təşkil etməsi, bu bölgə üçün gələcək siyasi qərarları müstəsna, ayrılıqda vermək səlahiyyəti olmamalıdır.

Eyni zamanda, Lavrov bəyan edib ki, BMT qətnamələri yerinə yetirilib və atəşkəsə nail olunub. Bu o deməkdir ki, Rusiyanın Qarabağ məsələsinə və BMT qətnamələrinə münasibətdə mövqeyi son dərəcə səhvlərlə doludur və təhrif olunmuş bir vəziyyətdədir. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması bu müddəalarda öz əksini tapmışdı. Bunun üzərindən çıxış edərək söylədim ki, parlamentdə əvvəlki dövrlərdə də Qarabağ məsələsinə münasibətdə bir sıra problemlərin tənzimlənməsi naminə "Qarabağ qanunu" qəbul olunmalıdır".

Millət vəkilinin qənaətinə görə, bu qanun Dağlıq Qarabağa ediləcək xarici yardımların qarşısını almağa kömək edəcək: "ABŞ hər maliyyə ilində Qarabağa ayrıca 8 milyon dollara qədər vəsait ayırır.

Bizim ölkəmiz çox haqlı siyasi etirazlarını bildirir ki, bu, Qarabağın özünü müstəqilləşdirmək ideyasına bir töhvə ola bilər, aparılan danışıqlar prosesinə zərbə vurur. Amma gəlin baxaq, bunun fonunda bizim davranışımızı əks etdirən, konkret mexanizmi göstərən hüquqi sənədlərimiz varmı? Varmı belə bir sənəd? Yoxdur! Mən bunu nəzərə alaraq, belə bir qanun layihəsinin vacibliyini bildirdim".

Deputat vurğulayıb ki, beynəlxalq aləmdə də belə qanunlar mövcüddür və bu, nə özünün, nə də Azərbaycanın ixtirası deyil: "Söhbət hansısa həll planından, bu mexanizm vasitəsilə Qarabağ problemini tənzimləməkdən getmir. Birincisi, "xalq" məsələsinə münasibətdə konkret aydınlıq olmalıdır. İkinci tərəfdən, Qarabağın erməni separat qurumu müxtəlif xarici təşkilatlarla əlaqələr qurub. Biz xarici səfirliklərimiz vasitəsilə notalar, bəyanatlar göndəririk.

Lakin Azərbaycan bu məsələyə münasibətdə dəqiq mövqe qoya bilər ki, biz Qarabağın Azərbaycan ərazisi kimi və onun suveren haqlarının şərtsiz olduğunu nəzərə alaraq, hər hansı xarici, iqtisadi və siyasi əlaqələr qurmasını tanımırıq. Həmçinin, istənilən beynəlxalq təşkilat Azərbaycanda vahid bir qanunun olduğunu biləndə Qarabağdakı separatçı ermənilər hər hansı iqtisadi proqramlara qatıla bilməyəcəklər. Ona görə bunun qanunla tənzimlənməsi çox normal olar".

Millət vəkili onu da qeyd edib ki, çox vaxt müxtəlif xarici ölkə vətəndaşları, mədəniyyət və siyasi xadimlər, bəzən də parlament üzvləri Qarabağa səfərlər edirlər: "Onların adı yalnız Xarici İşlər Nazirliyində hazırlanmış "qara siyahı"ya daxil olur. Halbuki, bunun qanun səviyyəsində reallaşdırılması mümkündür. O cümlədən, işğal olunan digər ərazilərimizdə, xüsusilə də 7 rayonda aparılan fəaliyyətin qanunsuz elan edilməsi və bunun birmənalı şəkildə tanınmaması bir hüquqi müddəa kimi yer ala bilir. Onu da deyim ki, bu sənədi böyük məmnuniyyətlə hazırlayacağam. Buna məni millətə mənsub olan cismim şərtləndirir, ikincisi, bu mənim vəzifə borcumdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2864   Tarix: 15 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877