Qaxda körpü uçdu - Rayonla əlaqə kəsildi - VİDEO
Qaxda yağan güclü yağışlar ciddi fəsadlar törədib.
Gələn sel rayonun Çinarlı kəndinin yeganə keçidi olan Ərdəva çayının körpüsünü uçurub. Kəndin rayonla əlaqəsi kəsilib. Hazırda kənddə olan turistlər evlərinə qayıda bilmirlər.
Qeyd edək ki, sözügedən körpünü 2011-ci ildə də sel aparıb. Buna baxmayaraq, bərpa olunmayıb. Kənd sakinləri tərəfindən kiçik körpü salınsa da, onu da sel aparıb.
mənbə: yenicag.az
BiG.Az


Xəbərlər Baxılıb: 1102 Tarix: 11 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş