18 yaşlı gənc suda boğuldu - Azərbaycanda

18 yaşlı gənc suda boğuldu - Azərbaycanda
Daşkəsən rayonunda süni göldə batan gəncin meyiti sudan çıxarılıb.

BiG.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Emin Bəhruz oğlu Əliyevin axtarışları başa çatıb.

Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

* * *12:29

Daşkəsən rayonunda yeniyetmə çayda boğulub.

Hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Hələlik kimliyi məlum olmayan 15-16 yaşlı yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır. (Report)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 865 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər