SOCAR-ın mətbuat xidməti riyaziyyat bilmir?

SOCAR-ın mətbuat xidməti riyaziyyat bilmir?Xatırlayırsınızsa, 26.04.2018-ciil tarixində yeniavaz.com saytında "SOCAR-ın mətbuat xidməti insanlara niyə yalan məlumat verir?" başlıqlı yazı yayımlanmışdı (bu linkdən baxa bilərsiniz:

https://www.yeniavaz.com/NewsContent/ZNewsContent/74463/socar-in-matbuat-xidmati-insanlara-niya-yalan-malumat-verir—-fotofakt).

SOCAR-ın mətbuat xidməti riyaziyyat bilmir?Həmin yazıda qeyd olunurdu ki, SOCAR-ın mətbuat xidmətinin neft hasilatının sabit qalması ilə bağlı açıqladığı məlumatla statistik rəqəmlər arasında uyğunluq olmayıb. Belə ki, SOCAR-ın rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərdə bu ilin ilk rübü ərzində Şirkət tərəfindən 1 milyon 800 min ton neft hasil edildiyi göstərilsə də, verilən yazılı məlumatda bildirilib ki, neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə sabit qalıb. Halbuki eyni cədvəldə qeyd olunan statistik göstəricilərdə ötən ilin ilk rübü ərzində SOCAR tərəfindən 1 milyon 846,1 min ton neft hasil olunduğu göstərilib. Yeniavaz.com saytında yer alan bu yazıdan sonra SOCAR-ın rəsmi veb-saytında "1800" rəqəmi dəyişdirilərək "1833" ilə əvəz edildi (bu linkdən baxa bilərsiniz: https://www.yeniavaz.com/NewsContent/ZNewsContent/74703/socar-sahvini-duzaltdi–hasilat-gostaricilarini-dayisdilar ). Nəticədə SOCAR mətbuat xidmətinin "neft hasilatı sabit qalıb" açıqlaması az da olsa özünü doğrultdu.

SOCAR-ın mətbuat xidməti riyaziyyat bilmir?Qeyd edək ki, SOCAR mətbuat xidmətinin 3 ay əvvəl verdiyi bu açıqlama ilk baxışdan texniki səhv ya da mətbuat xidmətinin hasilatın azaldığını gizlətmək üçün bilərəkdən yanlış məlumat verməsi kimi görünə bilərdi. Lakin, bu ilin ikinci rübü üçün açıqlanan növbəti məlumatda yer alan rəqəmlər onu göstərir ki, SOCAR-ın mətbuat xidmətində media üçün məlumat hazırlayan əməkdaşın orta məktəbin 6-cı sinif riyaziyyat dərsində öyrədilən "faiz" anlayışından məlumatı yoxdur.

Ötən həftə mətbuat xidməti tərəfindən açıqlanan məlumatda qeyd olunur ki, cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı 3,6% artaraq 1,9 milyon tona yüksəlib, qaz hasilatı isə 5,29% artaraq 1,66 milyard kub metrə çatıb.

SOCAR-ın rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərə baxdığımız zaman açıq şəkildə görünür ki, neft və qaz hasilatı ilə bağlı yuxarıda qeyd olunan artım faizləri doğru göstərilməyib. Həmin statistik göstəricilərdə ötən ilin ikinci rübündə SOCAR tərəfindən 1 milyon 859,7 min ton neft, 1 milyard 492,2 milyon kub metr qaz hasil olunduğu qeyd olunub. Əgər, mətbuat xidmətinin dediyi kimi bu ilin ikinci rübündə neft hasilatı 1,9 milyon ton, qaz hasilatı 1,66 milyard kub metrə çatıbsa, o zaman artım mətbuat xidmətinin açıqladığı kimi neft hasilatında 3,6% deyil 2,1% (40,7 min ton fərq), qaz hasilatında isə 5,29% deyil 11,2% (167,8 milyon kub metr fərq) olacaq.

SOCAR-ın mətbuat xidməti riyaziyyat bilmir?Onu da bildirək ki, neft və qaz hasilatındakı artım ilə bağlı yanlış hesablama təkcə SOCAR-ın göstəriciləri ilə bağlı olmayıb. Mətbuat xidməti tərəfindən açıqlanan məlumatda qeyd olunub ki, ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 milyon ton neft, 14,36 milyard kub metr qaz hasil edilib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib.

SOCAR-ın rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərdə isə qeyd olunur ki, 2017-ci ilin ilk altı ayında ölkə üzrə 19 milyon 160,5 min ton neft, 14 milyard 131,8 milyon kub metr qaz hasil olunub. Əgər, mətbuat xidmətinin dediyi kimi bu ilin altı ayı ərzində 14,36 milyard kub metr qaz hasil edilibsə, onda artım mətbuat xidmətinin açıqladığı kimi qaz hasilatında 3,1% deyil 1,6% (228,2 milyon kub metr fərq) olacaq. Məlumatda yalnız neft hasilatı ilə bağlı açılqlanan artım faizi -1,2% doğrudur.

Mətbuat xidmətinin açıqladığı məlumatda maraqlı məqamlardan biri də eyni cümlədə artımları həm sözlə ("faiz"), həm də simvolla ("%") qeyd edilməsidir ki, bunun da hansı səbəbdən belə edildiyi barədə əlavə məlumat verilməyib.

SOCAR-ın mətbuat xidməti riyaziyyat bilmir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2458   Tarix: 31 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 0
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 0
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 0