"Metroda və marşrut avtobuslarında qiymətlərin artırılacağı gözlənilən idi"

"Metroda və marşrut avtobuslarında qiymətlərin artırılacağı gözlənilən idi"Tarif Şurasının son qərarı cəmiyyətin müəyyən, yəni, maddi cəhətdən bir qədər imkansız təbəqəsindən olan insanlar tərəfindən müsbət qarşılanmasa da, müəyyən etirazlar doğursa da, bu, qaçılmaz idi.

O insanları da anlayıram, onları anlayışla qarşılamaq lazımdır, amma Tarif Şurasını, onun verdiyi qərarı da bir qədər emosiyasız, soyuq başla, soyuq məntiqlə qəbul etmək gərəkdir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili qeyd edib ki, uzun müddət idi ki, xüsusilə metro və avtobuslarda gediş haqqı dəyişməz qalırdı və bu, əslində, belə də olmalı idi:

"Amma həyat, dövr dəyişdiyi, inkişaf ona uyğun adekvat addımlar atılmasını tələb etdiyi kimi, metroda və marşrut avtobuslarında da qiymət, tarif dəyişikliyinə ehtiyac hiss olunurdu. Yəni, uzun müddət bunu saxlamaq həm mümkün, həm də düzgün deyildi.

Yenə deyirəm, bu məsələyə etiraz edən insanları da başa düşürəm, anlayıram, bu, onların ailə büdcəsinə müəyyən qədər təsir edəcək, onlara itkisiz başa gəlməyəcək, amma dövləti, dövlət qurumlarını da bu məsələdə hay-küysüz, emosiyasız anlamaq vacibdir.

Hər bir məsələni dövlətin üzərinə, çiyninə atmaq olmaz. Eyni zamanda, həmin gediş haqlarından yığılan pullar, belə demək mümkünsə, yenə dövlətin büdcəsinə, oradan isə ölkənin inkişafına, insanların maddi-rifah halının yaxşlaşdırılmasına yönələcək, yönəldiləcək.

Odur ki, bu məsələdə Tarif Şurasını qınamaq, ittiham etmək cəhdlərindən uzağam və bu cəhddə olan insanları hər bir məsələyə realistcəsinə, praqmatikcəsinə və səbirli şəkildə yanaşmağa dəvət edirəm".

Bu yerdə Azərbaycanı digər MDB dövlətləri və bəzi qonuşu ölkələrlə müqayisə edən millət vəkili bildirib ki, əslində, ölkəmizdə nəqliyyat sektorundakı qiymətlər həmin ölkələrlə müyayisədə daha aşağıdır:

"Məsələn, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Bu siyahını bir az da artırmaq, uzatmaq olar. Ancaq elə bilirəm ki, buna bir o qədər də ehtiyac yoxdur. Görünən kəndə nə bələdçi?! Yəni, deməkdə məqsədim odur ki, insanlarımız bilsinlər ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olub, onun qayğısına qalıb, onu incidəcək, rəncidə edəcək addımlar atmayıb. Tarif Şurasının qərarında da məsələyə məhz belə yanaşılıb, başqa məqsəd güdülməyib".

Sabiq millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə mətbuata açıqlamasında Tarif Şurasının son addımının anlaşılan və başadüşülən olduğunu bildirib.

O xatırladıb ki, ölkəmizin əldə etdiyi uğurlar bu gün beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır:

"Standard & Poor’s" reytinq agentliyinin hesabatında qeyd olunur ki, növbəti üç ildə iqtisadiyyatımız 3 faiz artacaq. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqi ilə bağlı açıqladığı rəqəmlər də ölkəmizin bu sahədəki müsbət göstəricilərindən xəbər verir.

Belə ki, orta aylıq əməkhaqqı Azərbaycanda 306,7 dollar, Moldovada 308,4 dollar, Ukraynada 272,9 dollar təşkil edir. Təbii ki, bütün bunlarla yanaşı, ölkəmizdə həyata keçirilən islahatlar, görülən tədbirlər uğurlu iqtisadi siyasətin mühüm tərkib hissəsidir".

V. Rəhimzadənin qeyd etdiyinə görə, Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək:

"Nəzərə almaq lazımdır ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının qiyməti çox aşağıdır. Son olaraq 2007-ci ildə sərnişindaşımada, 2011-ci ildə isə metroda xidmətin tarifi təsdiq edilib. Ötən bu illər ərzində isə hər iki sahədə böyük yenidənqurma işləri aparılıb, xidmətin keyfiyyəti müasir standartlar səviyyəsinə qaldırılıb".

Millət vəkili Kamilə Əliyeva da Tarif Şurasının qərarının qaçılmaz olduğunu vurğulayıb. Bildirib ki, gec-tez belə bir addıma gediləcəkdi:

"Metroda və marşrut avtobuslarında qiymətlərin artırılacağı gözlənilən idi. Çünki xeyli vaxtı idi ki, bu barədə söhbətlər dolaşırdı, mediada vaxtaşırı bu yöndə məlumatlar yer alırdı. Yəni, bu yeni, sürpriz bir məsələ deyildi. Belə bir addıma gec-tez gediləcəkdi və gedildi də.

Bu məsələyə etirazla yanaşan insanları anlamaq şərtilə, bu qərarı verənlərə anlayışla yanaşıram və hesab edirəm ki, hər şey yoluna düşəcək, insanlarımız dövlətimiz tərəfindən hər zaman olduğu kimi, bundan sonra qayğı, diqqətlə əhatə olunacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 902   Tarix: 31 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 216
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 658
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 262
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242