Bakıda masaj salonunda ana dramı: "Ərim dedi ki..."

Bakıda masaj salonunda ana dramı: "Ərim dedi ki..."Xəyalə (ad şərtidir) artıq on ilə yaxındır ki, şəhərin mərkəzində fəaliyyət göstərən masaj salonlarından birində çalışır. Onunla tanışlığımız təsadüfi olsa da, illərin dostuymuşuq kimi dərdləşə bildik. Daha doğrusu, o danışdı, mən dinlədim.

Bu "masaj salonları"nda hansı xidmətlərin olduğu hamıya məlumdur. Təbii ki, bu salonların əksəriyyətində masajdan söhbət belə getmir. Elə bu səbəbdən həmsöhbətimə "masaj salonu" haqda yazmaq istədiyimi deyəndə, adının çəkilməsinə razılıq vermədi, ancaq danışdı. Və danışdıqları faciəli olsa da, bunları qürurla nəql edirdi.

Xəyalə pozitiv enerjisiylə məni təəccübləndirdi. Çünki az qala, bütün müştərilərinin insanlığından razılığını qeyd edirdi. 29 yaşı olmasına baxmayaraq, artıq on ilə yaxındır bu işlə məşğuldur. Danışdıqca hiss etdim ki, onun razı qaldığı insani məqam həyata sırf analıq prizmasından baxmasıyla əlaqədardır.

İlk sualım uşağın atası haqda oldu. Üzünə qaranlıq çökdü, gözləri nifrətdən alovlandı. Ancaq səbirli idi. Daha doğrusu, həyat onu təkcə fahişəliyə sürükləməmişdi, həm də övladına görə şərəfsiz ərinə qarşı belə səbirli olmağı öyrətmişdi.

Xəyalə övladının doğuluşundan dərhal sonra ərinin onu atdığını qeyd etdi. "Atası bircə dəfə də olsun öz övladıyla maraqlanmayıb", - deyib başını yellədi.

Bu yola necə düşdüyünü soruşanda dedi ki, vallah, cəmiyyətə görə mən fahişəyəm, əxlaqsızam, ancaq mən deyirəm ki, əsl fahişə də, əxlaqsız da ərimdir:

"Bu saat mənim oğluma yaratdığım həyat şəraitini atalı uşaqlar yatsalar, yuxularında da görməzlər. Şahzadələr kimi böyüdürəm oğlumu, təhsilinə də, yaşayışına da özüm nəzarət edirəm. İndidən 8 yaşlı oğlumun artıq şəxsi evi var. Bu, hər kişinin işi deyil, ancaq mən təkbaşına bunlara nail olmuşam. Uşağın atasını fahişə adlandırmağım da elə buna görədir. İndi, az qala, hər gün mesaj yazır, yalvarır ki, barışaq. Zərrəcə heysiyyəti yoxdur ki, mən necə qazanmışam bu imkanları. Onunçün bunun fərqi yoxdur. Əvvəl yük hesab edib oğlunu da, məni də atıb getdi, indi utanmaz-utanmaz gəlib ayağıma düşüb.

Mən oğluma bir sünnət toyu etmişdim, desəm, bəlkə də inanmazsan. İyirmi qoyun, bir dənə də 150 kiloluq cöngə kəsdirdim. Altı yüz nəfərlik restoran ağzına kimi dolu idi. Hələ toy etdiyimi eşidib dəvətnaməsiz də olsa gələn qonaqlara yer tapmadım, restoranın həyətində əlavə masalar hazırladılar.

Mən fəxr etmirəm bununla, amma əgər bir övlad gətirmişəmsə dünyaya, gərək o, mənim çəkdiyim əziyyətləri çəkməsin. İndi mənim bütün həyatım övladımdır, onun üçün hər şey edərəm. Bəlkə də böyüyüb məndən utanacaq, çıxıb gedəcək uzaqlara. Amma bir azca da olsa ümidim var ki, onun üçün qatlaşdığım bu həyata, çəkdiyim əzablara anlayış göstərəcək.

Düşünə bilərsən ki, bəyəm iş yox idi işləməyə, bədənini satmaq yolunu tutdun?

Məsələn, yer də süpürə bilərdim, ofisiant da işləyə bilərdim. Alacağım maaşla təkbaşıma uşağa necə bir gələcək vəd edə bilərdim axı!

Hələ mənim nə arzularım var: oğlumun ali məktəbə daxil olmasını, toyunu görmək istəyirəm. Özü də qıraqdan qız almayacam. Bacım qızını indidən gözaltı etmişəm. Hələ oğlum bir az böyüsün, ən böyük arzularımdan biri də onu əsgərliyə yola salmaqdır.

Vallah, əsgərlik doğrudan da kişilik məktəbiymiş, mənim o şərəfsiz ərim heç əsgərlik də görməmişdi, hərdən düşünürəm ki, bəlkə də əsgərlik çəkmiş olsaydı, bir az kişiliyi olardı.

Amma bir qram da ləyaqəti yoxdur: hər gün mesaj yazıb, barışmaq istədiyini deyir..."

Xəyalə etiraf edir ki, seçim şansı olsaydı, bu həyatı seçməzdi. Ancaq o fahişə olmasına rəğmən, ölkənin gələcəyi üçün faydalı, vətənpərvər bir insan böyütməyi özünə borc bilir.

Amma mənə də maraqlıdır: görəsən, Xəyalə əri haqda dediyi sözlərdə haqlıdır, yoxsa özünə bəraət üçün bu təsəvvürdədir?
mənbə: axar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5020   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988