"Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm"

"Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm"Müğənni Elnarə Xəlilova övladları haqda bir neçə sualı cavablandırıb.

Axşam.az-ın məlumatına görə, ifaçı övladlarının da musiqi ilə məşğul olması barədə suala belə cavab verib:

"Övladlarımın mənim yolumu davam etdirmələrini istəmirəm. Əslində çox istedadlıdırlar. Eynən valideynlərinə bənzəyiblər. Onların peşəkar musiqi ilə məşğul olmalarını istəmirəm. Amma görsəm ki, böyük fitri istedadın qarşısını alıram, əlbəttə ki, dəstək olaram. Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm".

Qeyd edək ki, jurnalist Rövşən Cahangirovla ailə quran Elnarənin dörd övladı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2984   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş