"Bıçağı alar əlinə, bağırsaqlarını çölə tökər..." - Qadınlara hücum edən kişilərə sərt sözlər

"Bıçağı alar əlinə, bağırsaqlarını çölə tökər..." - Qadınlara hücum edən kişilərə sərt sözlərXəbər verdiyimiz kimi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi "Qızılqum" çimərliyində qadınlar hücuma məruz qalıb. Qumluq sahədən istifadə etmək üçün onlardan bir nəfər üçün 15 manat ödəniş də tələb olunub. Baş verən hadisəyə prodüser Tarix Əliyev münasibət bildirib. O, üzünü müvafiq qurumlara tutaraq həmin şəxslərin cəzalandırılmasını tələb edib:

"Mən bu hadisəyə göz yuma bilmədim. Əlbəttə, "Xəzər" televiziyasının əməkdaşı kimi deyil, bir vətəndaş olaraq bu hadisə mənə təsir etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə onları cəzalandırmır? Niyə 5-10 manata fəhlə işləyənləri cərimələyirlər, amma gündəlik 30-50 manat qazananların əmək müqaviləsi yoxdur?! Orada 5 nəfər qadının 50 nəfər kişi qohumu var. O 50 nəfərdən biri alar əlinə bıçağı, gedib onun bağırsaqlarını çölə tökər. Hansısa tərbiyəsizə görə cinayət olsa, bir nəfər həbs olunacaq. Camaat dənizdə şuba ilə çimməlidir? Hamı çimərlik geyimində dənizə gəlir. Heç kimin ixtiyarı yoxdur ki, kiminsə anasına, bacısına desin ki, "Gedin, kişiləriniz gəlsin". Özü də xanım Rusiya vətəndaşıdır. Gedib həmin xanım da öz ölkəsində deyəcək ki, Azərbaycanda insanlar görməmişdirlər, adamı təhqir edirlər. Bu, bizim üçün çox pis haldır. Ölkəmizin inkişafını belə şeylərə görə gözdən salmayaq".

Qeyd edək ki, restoran əməkdaşlarının hücumuna məruz qalan Rusiya vətəndaşı Gülzar Antonova bildirib ki, qumluq sahədən istifadə etmək üçün onlardan bir nəfər üçün 15 manat ödəniş də tələb olunub.

"Bizə dedilər ki, çimərlikdən və dənizdən istifadə etmək ödənişlidir. Bizsə onların təklif etdiyi masada əyləşməkdən imtina etdik. Özümüz dənizin kənarında, qumluq sahədə əyləşdik. Bu zaman orada restoran fəaliyyəti ilə məşğul olan şəxslər bizə dedilər ki, onların stolunun kölgəsi düşən ərazidə oturmayaq. Bizi nalayiq söyüşlərlə təhqir etdilər. Dedilər, bu ərazilər bizimdir. Bizə hücum çəkib, ərazidən çıxarmağa çalışdılar. Ətrafdakı insanlar bizi onların hücumlarından qorudu."

Şahidə Tapdıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2217   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 362
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 926
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 0
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1360
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 0
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 5644
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 471
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 690
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1443