Şəkidə 51 km-lik avtomobil yolunun tikintisi yekunlaşır - FOTO

Şəkidə 51 km-lik avtomobil yolunun tikintisi yekunlaşır - FOTOAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki rayonunda xüsusi əhəmiyyətə malik 50,9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Agentlikdən BiG.AZ-a verilən məlumata görə, sözügedən yolun 21 km-i respublika əhəmiyyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla ümumi eni 12 metr təşkil edir. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29.9 km-lik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.

Layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılıb. Daha sonra yol əsasının tikintisi işləri görülüb. Yol əsası optimal-qırmadaş və qum-çınqıl qarışığından inşa edilib. Hazırda yol boyu asfaltlanma işləri aparılır. Ümumilikdə yolun 300 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənir.

Tikinti layihəsinə uyğun olaraq yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yeniləri inşa edilib. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dəmir borular quraşdırılıb. Bundan başqa mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri işləri də aparılıb.

Layihə işləri texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün lazımi sayda qüvvə əraziyə cəlb olunub.

Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlar arası məsafə dəfələrlə qısaldılmış olacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 495   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618