Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur - İDDİA

Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur - İDDİABir neçə aydır ki, Kürdəmir rayonundan 400 nəfərin kollektiv müraciətinə heç bir qurum reaksiya verə bilmir. Rayonun şəhidlərindən birini Sığırlı kənd sakini, aptek biznesi ilə məhşur olan Sabit Məmmədov təhqir edib, onun ünvanına nəlayiq ifadələr işlədib. Kənd camaatı bir neçə dəfə İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına müraciət etsələr də Sabit Məmmədova hamilik edənlər əksinə çoxalıb. Təbii ki, burada Sabitin çox imkanlı sahibkar olması xüsusi rol oynayıb. Eyni zamanda Ədliyyə Nazirliyində bir əvvəl xidmət rəisi işləmiş Ağamməd İbişov müəyyən qurumlardan S.Məmmədova zəmanət alıb ki, ona güldən ağır söz deyilməsin.

Belə ki, Sabit Məmmədov bir neçə ay öncə 1992-ci ildə Şuşada gedən döyüşlərdə itkin düşmüş və şəhid statusu almış Quliyev Cavanşir Qədir oğlunu ailəsinin və kənd camaatının yanında təhqir etmişdir. O, şəhidin oğluna bir daha atasını təhqir etdikdən sonra, qabaqdangəlmişlik edərək, həm polis orqanlarına, həm də Hərbi Prokurorluğa şikayət etmişdir. Hərbi Prokurorluğa şikayətində guya Cavanşir Quliyevin 1988-ci ildə döyüş adı ilə başqa yerə getdiyi və saxta şəhidlik statusu aldığını iddia etmişdir. Halbuki bütün kənd və rayon ictimaiyyəti bilir ki, C.Quliyev ilk dəfə 1992-ci ildə Şuşaya getmiş və ağır döyüşlərdə iştirak etmiş, sonrada itkin düşmüşdür. Döyüş yoldaşlarının verdiyi məlumata görə, o Nəbilər kəndində gedən döyüşlərdə yüksək sücayət göstərmiş, yaralı hərbiçi yoldaşlarının xilası üçün çalışmış, ermənilər kəndi işğal edənə qədər vuruşmuşdur. Ordumuzun çox üzvünün şəhid olduğu və itkin düşdüyü bu döyüşdə sonra C.Quliyevdən də xəbər almaq mümkün olmamışdır. Bu günlərdə Tərtər Hərbi Prokurorluğu da məktub göndərib, C.Quliyevlə bağlı iddianın əsassız olduğunu sübut etmişdir.

Müraciətçiləri hiddətləndirən səbəb S.Məmmədovun şəhidi təhqir etməsi, onun timsalında bütün şəhidlərin ruhuna hörmətsiz yanaşması olmuşdur.
Qeyd edək ki, Sabit Məmmədova qarşı əvvəllər bir neçə dəfə dələduzluq maddəsi ilə cinayət işi başlasa da, sonradan dayandırılmışdır.

Hazırda Cavanşir Quliyevin ailəsi və yaxınları böyük sarsıntı içərisindədirlər. Onların əziz insanlarını təhqir edən şəxs isə əlini-qolunu sallayaraq, heç nə olmamış kimi ortalıqda gəzir, lazım gələndə istədiyi instansiyalar vasitəsilə hədə-qorxu gələrək, ondan şikayət edilməməsini istəyir.

Mətbuat vasitəsilə müvafiq qurumlara üz tutan şəhid ailəsi və kənd camaatı dönə-dönə xahiş edir ki, həmin şəxslə bağlı ciddi ölçü götürülsün.

mənbə: azxeber

Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur - İDDİA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1863   Tarix: 29 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 339
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 681
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 862
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

17:40 138
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 372
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 715
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 534
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

17:46 284