Adnan Oktar 16 yaşlı qızı NECƏ TƏLƏYƏ SALDI? - Ananın dəhşətli ETİRAFLARI

Adnan Oktar 16 yaşlı qızı NECƏ TƏLƏYƏ SALDI? - Ananın dəhşətli ETİRAFLARITürkiyədə özünü din adamı kimi təqdim edən və bir müddətdir həbsdə olan Adnan Oktar təşkilatı ilə bağlı araşdırmalar davam edir.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, övladları bu təşkilata qoşulan valideynlərin polisə ifadələrində qız uşaqlarının necə tələyə salınmalarının detalları məlum olur.

Bu günlərdə qızı həmin təşkilata qoşulan bir ana ifadəsində övladından hələ də xəbər ala bilmədiyini deyib:

"Qızım 16 yaşı olanda 28 yaşlı bir oğlanla tanış olmuşdu, hətta onunla evlənmək istədiyini dedi. Əvvəlcə bu münasibətə razı olmadım, sonra Bora adlı həmin oğlanla görüşdüm. Ona qızımın evlilik üçün azyaşlı olduğunu dedim. Bora işlərini həll edəndən sonra qızımla evlənmək istədiyini bildirdi. Bir müddət sonra qızım evlənmək istədiyini bildirdi. Yenə də etiraz etdim, qızım Bora deyil, Əmrə Təkin adlı biri ilə münasibətinin olduğunu dedi. O, mənim həmin oğlanla mütləq tanış olmağımı və evlənmələri ilə razılaşmağımı tələb edirdi. Qızımla bu münasibətə görə tez-tez dalaşırdıq, o, özünü öldürəcəyini deyirdi. Əlindən bıçağı güclə almışam. Əmrə Tekinlə görüşdüm, o, atasının təqaüdçü polis, anasın evdar qadın olduğunu və qızımla evlənmək istədiyini bildirdi. Bu barədə yoldaşıma danışdım. Bir müddət sonra ailəsi ilə tanış olduq, qısa zamanda nişan və nikah oldu. Amma onların arasında soyuq münasibət olduğunu hiss edirdik. Toyda qızım çox kefsiz görünürdü. Toydan sonra zəng edəndə qızım az danışırdı. Bizə gələndə isə geyiminin dəyişdiyini, çox açıq-saçıq geyinməyə başladığını gördüm. Qızımın evinə gedəndə orada heç kimin yaşamadığını öyrəndim".

Qadın qızının geyim və makiyajındakı dəyişikliklərdən şübhələndiyini və onu izləmək üçün xəfiyyə tutduğunu bildirib:

"İnternetdə araşdırdım, onun geyim və davranışlarından Adnan Oktar təşkilatına qoşula biləcəyini düşündüm. Özəl xəfiyyə ilə qızımı izlətdirdim. Qızımın və Əmrənin də təşkilata qoşulduğunu öyrəndim. Qızım hər gün bir az bizdən uzaqlaşdı. Uzun müddətdir artıq onu görmürəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1746   Tarix: 28 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 271
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 127
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 592
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 424
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 273
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 350
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 289
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 131
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

23.04.2024 114