Turist yolu soruşanda polis pul alır? – Rəsmi açıqlama

Turist yolu soruşanda polis pul alır? – Rəsmi açıqlamaBir neçə gün bundan əvvəl Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə "elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər" fikrini səsləndirib. Agentlik rəsmisinin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Agentlik rəsmisinin bu açıqlamasını bəziləri dövlət yol polisinə ünvanlandığını da yazırlar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi mayor Rüfət Quliyev Unikal.org-a açıqlamasında bildirib ki, ölkəmizə gələn bütün xarici vətəndaşlarına Dövlət Yol Polisi hörmətlə yanaşır, onlara lazımi köməklikləri göstərməyi əsirgəmirlər:

"Bizdə bununla bağlı xüsusi statistika yoxdur. Amma, ölkəmizə gələn turist hansısa istiqaməti soruşursa ona gedəcəyi ünvanına qədər yol polisi köməklik edir. İndiyədək, idarəyə bu barədə bir dəfə də olsun şikayət daxil olmayıb. Bundan sonra da yol polisi qanun vericiliyə uyğun, ölkəmizə gələn bütün turistlərə lazımi köməklik göstərəcək. Əgər hansısa turist yol polisindən gedəcəyi ünvanı soruşursa, əmin olun ki, o, rahat, təhlükəsiz oraya çatdırılacaq".

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a açıqlamasında bu gün Bakı şəhərində turistlərin çox olması bir yol polisi, sürücü, paytaxt sakini kimi bizi sevindirir:

"Bu turizmin inkişafıdır. Yaxşı göstəricidir. Elə onu demək kifayətdir ki, bu gün bizim xeyli sayda yol polisimiz xarici dili bilir, ondan soruşulan istənilən informasiyanı bildiyi dil üzrə də izah edir. Elə bu il ərzində bir neçə dəfə dövlət yol polisindən razı qalan xarici ölkə vətəndaşların görüntüləri KİV-lərdə, sosial şəbəkələrdə yayımlanıb. Bu gün də tam məhsuliyətimlə bildirir və qeyd edirəm ki, istənilən turist yol polisindən və ya digər xidmət sahələrində fəaliyyət göstərən həmkarlarımızdan hər hansı bir informasiya soruşursa sözsüz ki, ona hərtərəfli izah etməyə çalışırıq və onun mənzil başına çatmasını təmin edirik. V.Əsədov hesab edib ki, dünyanın ən humanist yol polisləri Azərbaycandadır: "Bizdə olan qonaqpərvərlik, diqqət, qayğı mənə elə gəlir heç bir dövlətdə, millətdə yoxdur. Onun üçün də dünyanın ən qonaqpərvər millətiyik. İnanmaq istəmirəm ki, ikinci belə qonaqpərvərlik hansısa millətdə ola bilər!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1225   Tarix: 27 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839