İki nəfər özünü avtobusun qabağına atdı - VİDEO

İki nəfər özünü avtobusun qabağına atdı - VİDEO

“BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində təhlükəli vəziyyət yaranıb.

MMC-dən BiG.AZ-a verilən məlumata görə, hadisə iyulun 25-i saat 06:16-da 21 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edərkən Nobel prospektində qeydə alınıb.

Yola çıxan iki nəfər avtobusun saxlanılmasını istəyib. Bu zaman avtobus üçün qəza şəraiti yaradan həmin şəxslər öz həyatlarını da təhlükə altında qoyublar. Sürücü qəzadan yayınaraq hərəkəti davam etdirdiyi vaxt isə yola çıxanlardan biri əli ilə avtobusa zərbə endirib.

İki nəfərin yola çıxaraq avtobus üçün qəza şəraiti yaratması digər avtomobillərin hərəkətinə də mane olub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1531 Tarix: 27.07.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 27.07.2018
Nccc nccc millet bawin itirib emelli bawli... Sonra da diyjrler mawin meni vurdu gebertdi filan
Everything is good... Never feel the bad