Prodakşn rəhbəri "Space TV"yə işə düzəltmək adı ilə insanlara yarım milyon "atıb" xaricə qaçdı - FOTO

Prodakşn rəhbəri "Space TV"yə işə düzəltmək adı ilə insanlara yarım milyon "atıb" xaricə qaçdı - FOTOAzərbaycanda prodakşn rəhbəri insanları aldadaraq 500 min manatdan çox pul yığaraq ölkəni tərk edib.

Unikal.org-a müraciət edən Aysel Səlimli və digər zərərçəkmişlərin verdiyi məlumata görə, "Elif Media" adlı prodakşının rəhbəri olmuş Vüqar Ağayev 2017-ci ildən etibarən insanlardan işə düzəltmək adı ilə dövlət rüsumu bəhanəsiylə müxtəlif məbləğlərdə pul alıb. Adıçəkilən şəxs zərərçəkmişləri əsasən "Space" Televiziyasına işə düzəldəcəyini bildirib. O, 1000 manatdan 30 000 manata qədər müxtəlif məbləğdə pullar alıb və heç kimi işə düzəltməyib.

Bundan əlavə, Vüqar Ağayev bəzilərinə saxta mənzil satıb, bəzilərinin adına kompyuter, telefon kreditə götürərək satıb pullarını mənimsəyib. Vüqar Ağayev 19.07.2018 tarixində ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı təxmin edilir. Təxmini hesablamalara görə zərərçəkmişlərdən 500 min manatdan çox pul alıb. Həmçinin, Vüqar Ağayev sahibi olduğu prodakşının 20-dən çox işçisindən müxtəlif adlarla pul yığdığı bildirilir.

Onun "Space" televiziyasının bəzi əməkdaşları ilə əlbir olduğunu qeyd edən zərərçəkmişlər etirazlarını bildirmək üçün adıçəkilən kanala gedərək, etirazlarını bildiriblər. Bundan başqa, zərərçəkmişlər Yasamal rayonu 26-cı polis bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

Qeyd edək ki, Vüqar Ağayev "Space" telekanalında yayımlanan "İşimiz var", "Yerimdəyəm" və "Prime Shok" verilişlərinin layihə rəhbəri olub.
Prodakşn rəhbəri "Space TV"yə işə düzəltmək adı ilə insanlara yarım milyon "atıb" xaricə qaçdı - FOTOProdakşn rəhbəri "Space TV"yə işə düzəltmək adı ilə insanlara yarım milyon "atıb" xaricə qaçdı - FOTOProdakşn rəhbəri "Space TV"yə işə düzəltmək adı ilə insanlara yarım milyon "atıb" xaricə qaçdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1769   Tarix: 24 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 254
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 0
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1583
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 602
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 214
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 283
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 125
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 226