Nabranda itkin düşən 3 yaşlı uşağı tapan - "Qaldırdım, bir iki şillə vurdum" - TƏFƏRRÜAT – VİDEO

Nabranda itkin düşən 3 yaşlı uşağı tapan - "Qaldırdım, bir iki şillə vurdum" - TƏFƏRRÜAT – VİDEO

Xaçmazdakı istirahət mərkəzində ötən gün itən azyaşlı tapılıb.

BiG.AZ xəbər verir ki, Novruzovlar ailəsi ötən gün Bakı şəhərindən Nabrana istirahət gedib. Günorta saatlarında isə ailənin yeganə övladı olan 3 yaşlı İsmayıl Novruzov yoxa çıxıb. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə yanaşı, xüsusi təlim keçmiş itlər və helikopter cəlb olunub.

Axtarış zamanı 3 yaşlı İsmayıl Novruzov istirahət mərkəzlərindən birinin ərazisindəki çayın kənarında aşkarlanıb. Uşağı tapan şəxs onu çayın qırağındakı çətin girilən kolluqda aşkarladığını deyib.

Üzərindəki cızıqların da tikanların cızmasından əmələ gəldiyi ehtimal edilir.

Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Müayinə zamanı onun hər hansı probleminin olmadığı müəyyənləşib.

Müayinələrdən sonra azyaşlı valideynlərinə təhvil verilib.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4857 Tarix: 24.07.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər