İcra başçıları ilə bağlı yeni strategiya – Bu posta gənclər gətiriləcək

İcra başçıları ilə bağlı yeni strategiya – Bu posta gənclər gətiriləcəkPrezidentin seçkidən sonra başladığı təmizləmə prosesinin yeni dalğasının orta ranqlı məmurları əhatə edəcəyi gözlənilir; ekspert: "Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır"...

BiG.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, yaxın vaxtlarda daha bir neçə rayonun icra başçılarının dəyişdirilməsi gözlənilir. Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır.

Əldə etdiyimiz məlumata görə, yaxın həftələrdən başlayaraq, barələrində daha çox şikayətlər edilən icra başçılarının vəzifələrindən azad olunması ilə yanaşı, onların son üç il ərzindəki fəaliyyətləri təftiş ediləcək.

Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb və əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.

Qeyd edək ki, vətəndaşların əsas narazılıqları xüsusilə özünü "kiçik padşah" kimi aparan icra başçılarındandır və hakimiyyət bu postla bağlı yeni strategiya hazırlayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 11 aprel seçkilərindən sonra kadr dəyişiklikləri həyata keçirib. Ölkə başçısının ilk dəyişikliyə Nazirlər Kabinetindən başladığı məlumdur. Belə ki, uzun illər hakim komandada mühüm post tutan bir sıra nazir və komitə sədri işdən çıxarılıb.

İcra başçıları ilə bağlı yeni strategiya – Bu posta gənclər gətiriləcəkOnların yerinə isə əvvəldən adı hansısa yüksək vəzifəyə gətirilə biləcək şəxslər olaraq hallanmayan kadrlar gətirilib. Yeni nazirlər və komitə sədrlərinin təyinatında daha çox gənc kadrlara stavka edilib.

Ölkə başçısının kadr dəyişikliklərinin davamlı olacağı bildirilirdi. Proqnozları 10-dan artıq rayonun icra başçısının vəzifədən azad edilməsi doğrultmuş oldu.

Bu günlərdə əldə etdiyimiz məlumatlarda deyilir ki, yerlərdə narazılıq yaradan icra başçılarının vəzifədən götürülməsi davam edəcək.

İcra başçıları ilə bağlı yeni strategiya – Bu posta gənclər gətiriləcəkGənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva bildirdi ki, prezident İlham Əliyevin icra orqanlarında seçkilərdən sonra başladığı və yaxınlarda davam edəcəyi "təmizləmə işləri" seçkilərdən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamı sayıla bilər:

"Cənab prezident qarşıya mühüm strateji vəzifələr qoyub. Biz onları islahat proqramları adlandıra bilərik. Yəni yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət, yerli icra orqanları maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdırlar. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır".

İcra başçıları ilə bağlı yeni strategiya – Bu posta gənclər gətiriləcəkBəs yerlərdəki vəzifədən çıxarılacaq icra hakimiyyəti başçılarının yerinə təyinatlarda köhnə kadrların, yoxsa yüksək təhsilli gənc kadrların təyinatı gözləniləndir?

Həmsöhbətimiz bildirdi ki, istər icra başçısı, istər başqa yüksək vəzifəli şəxs olsun, təyin olunan kadrlar müasir dövrün tələblərinə cavab verməlidirlər:

"Biz seçkidən sonra Nazirlər Kabinetinə daxil edilən yeni nazirlər və komitə sədrlərinə diqqət edəndə məhz bu məqamın əsas götürüldüyünü görürük. Bu baxımdan hesab edirəm ki, icra başçıları təyinatında da müasir informasiya-kommunikasiya sistemlərini yaxşı bilən, müasir iqtisadi proseslərdən baş çıxaran, onları öz rayonu, əhalisi üçün tətbiq edən, iş adamlarına rayonun qapısını açmağı bacaran, əhali ilə ünsiyyət qurmaq bacarığı olan adamlar bu təyinatlarda yer alacaqlar. Cənab prezident də çıxışlarında yerlərdəki icra başçıları qarşısında bu kimi tələbləri qoyub. İstər köhnə kadr olsun, istər gənc məhz bu tələblərə cavab verməlidir".

Y.Hacıyeva vurğuladı ki, icra başçılarının dəyişdirilməsinə sıradan dəyişiklik kimi yanaşmaq lazım deyil. Çünki icra hakimiyyəti başçısı vəzifəsi mühüm dövlət postudur və bu vəzifəyə təyin olunan şəxslər bölgələrdə dövlətin əsas siması, prezidentin nümayəndəsidir.

Digər ekspertlər də hesab edir ki, icra başçıları seçilərkən onların dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti, insanlarla işləmək bacarığı və s. nəzərə alınmalıdır və alınır.

Rayona şəxsi müəssisələri kimi yanaşan icra başçıları insanları hakimiyyətdən, dövlətdən narazı salırlar. Ya onlar rayonun "kiçik padşahları" təfəkkürünü dəyişməli və xalqa xidmət etmək məsuliyyəti ilə yaşamalıdırlar, ya da vəzifədən kənarlaşdırılmaları mütləqdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1448   Tarix: 24 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 307
.

Daşqına məruz olan İranda timsah xəbərdarlığı - VİDEO

BƏƏ və Omandan sonra İranda da fırtına olub. BİG.AZ xəbər verir ki, sel zamanı timsahların hücumlarına qarşı əhalini xəbərdar edilib. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, sel Sistan-Bəluçistan əyalətinə və Hörmüzgan əyalətinə təsir edib. Rəsmi xəbər agentliyi İrNA-y

22.04.2024 229
.

"Fransa müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir"-EKSPERT

"Bu gün Fransanın "bizimdir" deyə zəbt etdiyi Yeni Kaledoniyada insan 3500 il əvvəl məskunlaşıb. Həmin vaxt nəinki Napoleonun babasının babası, heç Karolinqlər sülasənin və ya Merovinqlər sülaləsinin əcdadları da yox idi.Dünyada bizim bayrağa bayrağı ən çox bənzəyən Yeni Kaledoniya Saki

22.04.2024 231
.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 268
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22.04.2024 241
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22.04.2024 318
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 322
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 273
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 699