Masazırdakı antisanitar vəziyyətlə bağlı rəsmi açıqlama: "Zibil qabı qoyulmasına icazə vermirlər"

Masazırdakı antisanitar vəziyyətlə bağlı rəsmi açıqlama: "Zibil qabı qoyulmasına icazə vermirlər"

Xəbər verdiyimiz kimi Abşeron rayonunun Masazır qəsəbəsinin sakini Fatma Məmmədova yaşadığı ünvandakı yolların bərbad vəziyyətdə olması və mövcud antisanitar vəziyyətlə bağlı redaksiyamıza şikayət ünvanlamışdı.

“Küçənin girəcəyindən görünür ki, biz hansı vəziyyətdə yaşayırıq. Yolun görünən hissəsini ağaclarla bəzəyiblər. Ancaq bizim bölgəyə girən yollar biabırçı vəziyyətdədir. On küçənin tininə cəmi 3 zibil qabı yerləşdiriblər. 1 saatdan sonra iydən oturmaq olmur. Şənbə və bazar günləri ümumiyyətlə təmizlənmir. Çox bərbad vəziyyətdə olur”.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Masazır kəndi inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şahlar Həsənov bildirib ki, adıçəkilən ərazidə 4-5 küçə var: “Onların yollarının vəziyyəti normaldır. Yoldan niyə şikayətlənirlər bilmirəm. Kaş yolunuz düşə görəsiniz ki, şikayətlər əsasızdır”.

Şahlar Həsənov vurğulayıb ki, onların heç bir müraciəti bizə daxil olmayıb: “Bizə daxil olan şikayət yerindəcə araşdırılır. Mənşət tullantıları üçün zibil qutularının yerləşdirilməsinə hər biri etiraz edir. Hətta divarının ətrafında qoyulmasına icazə vermirlər. Buna görə də orada bir yer var. Oraya 4 böyük zibil qutusu yerləşdirilib. Gündə də 2-3 dəfə də boşaldılır. Bu günün tullantısı sabaha qalmır”.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 518 Tarix: 23.07.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər