ATV Ağdamın işğal günü səhəri oynayaraq açdı - VİDEO

ATV Ağdamın işğal günü səhəri oynayaraq açdı - VİDEO

Bu gün Ağdam rayonunun işğalından 25 il ötür.

BiG.AZ xəbər verir ki, Ağdamın ermənilər tərəfindən işğal edildiyi gün ATV-də yayımlanan "Salamlar, ATV" verilişinin aparıcılarının efirdə rəqs etməsi sosial şəbəkələrdə ciddi şəkildə tənqid edilib.

Aparıcılar Rəqsanə İmir və İslam Mehrəliyevin əcnəbi mahnılara rəqs etməsi izləyicilərin hiddətinə səbəb olub.

Onlar Ağdamın işğal günü verilişdə əyləncəyə yer ayırıb.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Ağdam uğrunda döyüşlərdə Azərbaycan 6 mindən çox şəhid verib.



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3991 Tarix: 23.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol