Azərbaycanda təcili yardım maşını qəzaya uğradı: xəsarət alan var

Azərbaycanda təcili yardım maşını qəzaya uğradı: xəsarət alan var
Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində təcili yardım maşını qəzaya uğrayıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, “103” təcili yardım xidmətinə məxsus 90 JM 941 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın çağırış yerindən qayıdarkən şəhərin Ə.Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində Salyan rayonunun Arbatan kənd sakini, 26 yaşlı Röyal Rasim oğlu Babayevin idarə etdiyi 90 NJ 517 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “07”nin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Azərbaycanda təcili yardım maşını qəzaya uğradı: xəsarət alan var

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 571 Tarix: 22.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər