Türkiyə üçün QORXUNC XƏBƏRDARLIQ: "Cəsədləri qoyacaq yerimiz yoxdur"

Türkiyə üçün QORXUNC XƏBƏRDARLIQ: "Cəsədləri qoyacaq yerimiz yoxdur"
“Çox ölümlə nəticələnən təbii fəlakətlərə hazır deyilik. Cəsədləri qoyacaq yerimiz yoxdur”.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, belə xəbərdarlıqla Avropa Cənazə Xidmətləri Federasiyasının üzvü Murat Arslanoğlu bildirib.

Türkiyəni yasa boğan 17 avqust 1999-cu il Mərmərə zəlzələsini xatırladan Arslanoğlu həmin vaxt 20 min insanın həyatını itirdiyini deyib. O, Anadolu torpaqlarında dağıdıcı zəlzələlərin dəfələrlə baş verdiyini xatırladıb.

“Təbii fəlakətlər baxımından Türkiyədə riskli bir bölgədə yerləşir. Fəlakətlər və onların nəticələri ilə əlaqədar bir çox araşdırmanın aparılmasına baxmayaraq, cəsədlərin yerləşdirilməsi ilə əlaqədar az qala heç bir iş görülməyib. Çox ölümlə nəticələnən təbii fəlakətlərə hazır deyilik. Cəsədləri qoyacaq yerimiz yoxdur”, - o söyləyib.

Türkiyə üçün QORXUNC XƏBƏRDARLIQ: "Cəsədləri qoyacaq yerimiz yoxdur"
Türkiyə üçün QORXUNC XƏBƏRDARLIQ: "Cəsədləri qoyacaq yerimiz yoxdur"

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3893 Tarix: 22.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər