Oğlu və gəlini "səs verməyin" dedi, deputatlığa namizəd intihar etdi

Oğlu və gəlini "səs verməyin" dedi, deputatlığa namizəd intihar etdi
Pakistanda millət vəkilliyinə namizəd intihar edib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Mirzə Məhəmməd Əhməd Mughalın intiharına səbəb ailəsindən dəstək görməməsi olub.

Mughal intihardan əvvəl dərc etdiyi videoda bildirib ki, oğlu və gəlini qapı-qapı gəzərək seçicilərdən ona səs verməməsini istəyib. Videonun yayılmasından qısa müddət sonra onun cəsədi yaxınlıqdakı məzarlıqda tapılıb.

Onun namizəd olduğu NA-103 seçki dairəsində seçkilər təxirə salınıb.

Qeyd edək ki, Pakistanda parlament seçkiləri iyulun 25-də keçiriləcək. Mughal həyatını itirən üçüncü namizədir. Digər iki namizəd terror hücumlarında həyatını itirmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 876 Tarix: 22.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər