"Cinsi əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar" - ŞOK İFADƏ

"Cinsi əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar" - ŞOK İFADƏAdnan Oktar şəbəkəsinə qarşı davam edən istintaqla bağlı ifadə verənlərin bəziləri açıq şəkildə, bəziləri isə şərti ad altında şikayətlərini bildiriblər.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, onlar Adnan Oktar və şəbəkəsinin iç üzünü açıb-töküblər.

Şərti adla ifadə verən zərərçəkənlərdən biri cinayətkar şəbəkədən uzaqlaşmaq istəyənlərə Adnan Oktarın verdiyi cəzaları və onlara hansı təzyiqlər göstərildiyi barədə şok açıqlamalar edib:

"Şəbəkədən uzaqlaşmaq istəyənləri Adnan cəzalandıraraq onlara aid evlərdə saxladı. Onların tərkibindən uzaqlaşmaq istəyənlərə nümunə göstərdi. Bu şəkildə şəbəkədən uzaqlaşmaq istəyənlərə mane olmağa çalışırdılar".

Bir başqa zərərçəkən isə şəbəkəyə necə qoşulduğunu və bəzi tələbləri qəbul etməyəndə təzyiq üçün Adnan Oktarın yanına aparıldığını deyib:

"İki xanım ilə tanış oldum. Onlar da məni reklam işi ilə məşğul olan bir nəfərlə tanış etdilər. Onun vasitəsi ilə Adnan Oktarın qrupuna qoşuldum. Şəbəkə üzvləri müxtəlif formada cinsi əlaqədə olurdular. Cinsi əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar. Adnan Oktarın söylədiklərini etməyimi və edəcəyim təqdirdə savab qazanacağımı bildirdilər. Bu qrupdan çıxmaq üçün çox çalışdım. Məni və mənim kimi çox insanı aldatdılar. Maddi və mənəvi məhv etdilər. Qeyri əxlaqi əlaqəyə məruz qoyan, əllərində foto və görüntülər olduğunu söyləyərək təhdid və şantajla qrupda saxlamağa çalışan, Mehdi olduğunu iddia edən Adnan Oktar adlı şəxsdən şikayətçiyəm".

Adı açıqlanmayan bir qız isə sevgilisinin Adnanın dəstəsindən olduğunu bilsə də, ondan ayrılmamaq üçün səbr etdiyini bildirib:

"Mən də Adnanın evinə gedirdim onunla. Orada cinsi əlaqə sərbəst idi. Orada məni psixoloji, mənəvi və maddi məhv etdilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5579   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

24.04.2024 182
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 292
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 317
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 262
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126