ATV-nin xərçəng xəstəsi aparıcısı bu görüntüləri də paylaşdı: Allah heç kimə göstərməsin! - VİDEO

ATV-nin xərçəng xəstəsi aparıcısı bu görüntüləri də paylaşdı: Allah heç kimə göstərməsin! - VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova kimyaterapiya müalicəsinə başlayıb.

BAKU.WS xəbər verir ki, tanınmış aparıcı müalicə prosesindən görüntüləri "İnstagram" səhifəsində paylaşıb.

"Allah heç kimə göstərməsin! Yəqin çoxunuza maraqlıdır, kimyaterapiya necə olur. Buna görə kimyaterapiya aldığım görüntüləri sizinlə bölüşürəm".

Zülfiyyə Bayramova kimyateraöiya müalicəsinə başlamazdan əvvəl saçlarını qırxdırdığı zaman çəkdirdiyi videonu da paylaşmışdı. Onunla bərabər doğmalarının da aparıcıya dəstək olmaq üçün keçəl olmağa qərar verməsi rəğbətlə qarşılanmışdı.

Xatırladaq ki, Zülfiyyə Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyinə düçar olduğunu öyrənib. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. O, müalicəsini Milli Onkologiya Mərkəzində davam etdirir.



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 6326 Tarix: 21.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər