Adnan Oktarın rəqəmli arxivi ələ keçirildi – Detallar ortaya çıxdı

Adnan Oktarın rəqəmli arxivi ələ keçirildi – Detallar ortaya çıxdıAzərbaycanda Harun Yəhya adı ilə tanınan Adnan Oktar və qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib.

Sfera.az xəbər verir ki, İstanbulun Ümraniye rayonunda bir anbara edilən basqın zamanı təşkilatın arxivi ələ keçirilib. Axtarış zamanı 2500 ədəd telefon, notbuk və sərt disklər aşkarlanıb. Tapılan arxivin araşdırılması üçün İstanbul polisinin kiber şöbəsi komanda formalaşdırıb. Yük maşınına yüklənərək gətirilən audio və video sənədlərin ortaya çıxarılacağı bildirilir. Ev və iş yerlərindən götürülən rəqəmli daşıyıcılar da eyni komanda tərəfindən araşdırılacaq.

Adnan Oktarın istifadə etdiyi yaxta da müsadirə olunub. Adnan Oktarın "kedicik"lərin yağlı boya ilə rəsmlərinin çəkilməsi üçün rəssam tutduğu, lakin rəsmləri özünün çəkdiyini deməsi faktı ortaya çıxıb. O, yanındakı qızları məktəb vaxtı sevdiyi qıza oxşatmaq üçün onlar üzərində estetik əməliyyat keçirirmiş.
Adnan Oktar polis şöbəsində sorğu-sual olunub, ona 353 sual yönəldilib, lakin haqqında səslənən bütün iddiaları rədd edib. Onun F tipli həbsxanaya göndəriləcəyi bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1849   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az