Azərbaycanlı qadınları satan Güllər həbs olundu

Azərbaycanlı qadınları satan Güllər həbs olundu
Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən BiG.AZ-a verilən məlumata görə, baş idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 995 Tarix: 21.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol