Bakıda işıqların sönməsinin səbəbi – Açıqlandı

Bakıda işıqların sönməsinin səbəbi – Açıqlandı"Şimal" elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.

Bu barədə BiG.AZ-a Azərenerji ASC-dən dünən Bakının bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə aydınlıq gətirərkən deyiblər.

Bildirilib ki, 20 iyul 2018-ci il tarixdə saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.

Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.

ASC-dən bildirilib ki, Mərdəkan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir. Ümumiyyətlə, "Şimal" elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti