Mağaza çörəklərinin insanı məhvə aparan təsiri: Mayalı çörəklərdən uzaq durmağın 5 səbəbi

Mağaza çörəklərinin insanı məhvə aparan təsiri: Mayalı çörəklərdən uzaq durmağın 5 səbəbiÇörək bir neçə əsrdir ki, insanların hər gün qəbul etdiyi vacib ərzağa çevrilib. Uşaqlıqdan bizi hər yeməyi çörəklə yeməyə alışdırıblar: hətta makaronla da çörək yeyən var. Çörək əlçatan, ucuz və rahat qidadır. Nənələrimiz bizə öyrədib ki, çörəyi xarab etmək, atmaq olmaz. Hətta indiyə kmi boyat çörəyi qurudub suxarı edib istifadə edənlər var.

Son zamanlar mağazalarda artan müxtəlif zavod çörəkləri içində ən ucuzu və ən böyüyünü seçənlər və yeməkdən çox çörək yeyənlər, uşaqlarına da daha çox çörək yedirənlər bu yazını mütləq oxusun. Yaxşı çörək seçməyi, yaxşı çörək bişirməyi bacarnalıyıq. Alınmırsa, çörəkdən imtina etməliyik.

BiG.AZ medicina.az-a istinadən mağazada satılan çörəklərin almamaq üçün 5 əsas səbəbi təqdim edir:

1. Buğda növünün dəyişməsi, yetişdirilməsi və saxlanması şərtləri

Qədimdə ulu babalarımızın çörəyi nədən bişirdi? Bu geni dəyişməmiş buğda idi, təmiz torpaqda yetişdirilirdi, kimyəvi dərman vurulmurdu, oraqla biçilirdi, xırmanda sovrulurdu, dəyirmanda üyüdülürdü. Müasir dövrdə məhsuldarlıq artsın deyə buğdanın geri dəyişdirilib, torpaqlar dərmanlanır, buğdaya pestisidlər səpilir ki, xarab olmasın. Buğdanı uzun müddət saxlamaq və qorumaq üçün kimyəvi qatqılar vurulur. Və sonda sənaye üsulu ilə buğdadan rafinə olunmuş, kəpəksiz ağ un hasil olur.

GMO buğda toxumu qədimdə yetişdirilən əsl buğdadan çox fərqlidir. Hətta indi hər ölkədə yetişdirilən buğdanın tərkibi də fərqlidir. Məsələn, Yaponiyada olan toxumun mineral tərkibi daha zəngindir. Bizim hansı növ buğdadan çörək yediyimizi heç kim bilmir. Çünki biz hazır çörəyi alırıq. Bunu araşdırmaq isə dəryada qum axtarmaq kimi çətindir.

2.Rafinə olunmuş un

Qədimdə nənələrimiz evdə kobud undan çörək bişirərdi. O un indikilər kimi ağappaq, yumşaq və hamar deyildi. Ələkdən belə çətinliklə keçirdi, kobud kəpəkli idi. Hətta evlərdə əl dəyirmanında buğdanı üyüdüb un əldə edirdilər. Əsl organik un idi. Müasir unu isə rafinə edirlər. Bu prosesdə unda olan bütün kəpək ayrılır, toxumun əsas faydalı elementlərini özündə toplayan hissə götürülür. Bu unda buğdanın nə nüvəsi var, nə qabığı. Halbuki buğdanın məhz qabığı bioloji aktivdir, B qrup vit aminlərlə zəngindir. Rafinə olunmuş ağappaq un - boş, kasıb və faydasız qidadır. Orqanizmə heç bir faydası yoxdur ki, ziyanı var.

3.Unun ağardılması

Əslində, qədimdə ağ un ən bahalı hesab olunurdu. Çünki unun təbii olaraq ağardılması çətin idi və 1 ton buğdadan cəmi 10-15 kq ağ un almaq olurdu. Ona görə ağ un, ağ çörək zənginlərin yeməyi idi. Indi isə hamı ağ, zərif un istəyir. Bu isə sənaye baxımdan əlverişli deyil. Ona görə də un indi kimyəvi yolla - xlor və bromat kaliy ilə ağardılır. Bu zaman unun nəinki orijinal vitamin-mineral tərkibini itiririk, eyni zamanda bura sintetik fiol turşusu da əlavə edirik, halbuki bu turşu buğdanın təbiətən tərkibində yoxdur və olmaylb.

4.Maya

Qədimdə çörək evdə hazırlanmış təbii mayadan bişirilirdi, hər ölkənin, hətta kəndin öz maya resepti var idi. Kvasa bənzər bu maya - duru xəmir idi, süd, meyvə və s.-dən alınırdı. Məhz bu maya orqanizmi vitamin, ferment və oksigenlə təmin edirdi. Müasir mağaza çörəyini termofil mayada bişirirlər. İndiki mayaların dəhşətli tərkibi haqda çox sənədli filmlər çəkilib. Bu maya ikinci dünya müharibəsində alman bioloqları tərəfindən hazırlanıb. Bu mayanı və ondan bişirilən çörəyi konslagerlərdə əsirlər üzərində sınayırdılar. Əsirlərdə elə də ciddi dəyişiklik görməyən alimlər bu mayanı kütləvi istehsala çıxardı. Aclıq illərində bu yeni əlavə çox vacib idi. Çünki az un lazım olurdu, xəmir sürətlə acıyırdı, şişirdi. Çörək daha havalı və iri olurdu.

Hazırda çörək sənayesində 36 növ maya istifadə olunur. Mayalar ağır metallarla yüklənib, kimyəvi elementləri çoxdur. Bu mayaların mənfi təsiri qısa müddətdə üzə çıxmır, orqanizmdə illlərlə, zərrə-zərrə yığılır. Ona görə neçə illər keçəndən sonra alimlər həyəcan təbili çalır. Bu mayadan pivə və spirt hazırlanmasında da istifadə edilir. Və bu maya insanın həzm sistemi tərəfindən həll olunmur. Orqanizmdə yerləşən maya hüceyrələri zəhərli toksinlər buraxır, heç bir mədə şirəsi, immunitet və temperatur onları məhv edə bilmir. Maya göbələyi də digər tərəfdən böyük ordu kimi hücuma keçir, bağırsaqda çoxalır, mikrofloranı pozur, bağırsağı çürüdür, bakteriyaları artırır. Ona görə insanda vitamin əskikliyi yaranır.

5.Qlüten - yapışqan təhlükəsi

Qlüten toxumlu bitkilərdə rast gəinən yapışqanlı zülaldır. Müasir gen mühəndisliyi nəticəsində kəşf olunmuş GMO buğdada 40 dəfə artıq qlüten var. Bizim babalarımızn çörəyində qlüten isə 2-3 dəfə az idi. Qlüten bağırsaqların daxili divarında olan sovurucu tükcükləri doldurur, yapışdırır, onların üzərini yapşqan qatı kimi örtür. Nəticədə qida yaxşı həzm olunmur, pastaya çevrilir və nazik bağırsağın divarını zədələyir. Nəticədə diareya, disbakterioz, kolitlər, xoralar, qəbizlik, insanda halsızlıq başlayır.

Müasir buğdada olan xüsusi turşu isə sümüklərdəki vacib mineralları yuyub aparır. Ona görə hazırda dünyada nəinki xəstə insanların, Çeliaki sindromlu uşaqların, ümumiyyətlə bütün uşaqların qlütensiz qidalanmaya keçməsi təbliğ olunur. Amerikalı həkimlərdən biri deyir ki, illər sonra qlüten beyin qapağına da gedib çıxır və ağıl zəifliyinə səbəb olur.

Qlütenin insana zərərini saymaqla bitməz: həyəcan, əsəbilik, depressiya, əl-ayaq qıcolması, şirniyyata meyillik, sümüklərdə ağrı, əyilmə, uşaqlarda boy artımı pozulması, psixi zəiflik, autizm, qarında köp və s simptomlar. Əgər övladınızda artıq bunlar varsa, o zaman siz onun gələcəyi naminə çörəyi süfrədən yığışdırmalı, ya da təbii un tapıb özünüz çörək bişirməlisiz.

Hazırda dünyada yayılan Autizm xəstəliyinin səbəblərindən biri kimi də qlüten araşdırılır. Çünki autist uşaqlarda beyinlə bağırsaq fəaliyyəti arasında əlaqə immun səviyyədə pozulur. Bu isə daha çox yararsız buğda və çörəyə görə baş verə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1781   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 381
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 604
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 331
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 365
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 156
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 481
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 160
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 207
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 380