"WhatsApp", "Facebook" və "Teleqram" ƏN TƏHLÜKƏLİ əlavələr siyahısında

"WhatsApp", "Facebook" və "Teleqram" ƏN TƏHLÜKƏLİ əlavələr siyahısında

Mobil cihazların qorunması üzrə qlobal lider olan "Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. "iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub.

Əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.

İkinci rübdə "qara siyahı"ya daha çox düşən mobil proqramlar reytinqində "Facebook Messenger" və "WhatsApp"ın "Android" və "iOS" versiyaları, eləcə də "Android" üçün "Wickr Me" və "iOS" üçün "Tinder" yer alıb.

Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb. (azərtac)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 996 Tarix: 20.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər