"Məni qardaşımla cinsi əlaqəyə məcbur etdi" - Adnan Oktarın ağlasığmaz iyrəncliyi

"Məni qardaşımla cinsi əlaqəyə məcbur etdi" - Adnan Oktarın ağlasığmaz iyrəncliyiBir neçə gün öncə Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan Adnan Oktar və rəhbərlik etdiyi cinayətkar dəstə ilə bağlı ortaya çıxan dəhşətli faktlar, şahid ifadələri gündəmi bir-birinə vurdu.

BiG.AZ publika.az-a istinadla Adnan Oktar cinayətinin qurbanlarının dilindən bu çinayətkar dəstənin yeni cinayətlərini təqdim edir.

"Qızları bir-biri ilə yatağa salıb, kameranı qoşub sevişmə səhnələrinə tamaşa edirdi"

16 il sonra Adnan Oktarın əsarətindən qurtulan 34 yaşlı G.S. onun törətdiyi dəhşətli əməllərindən danışıb. O bildirib ki, "dində lezbiyanlıq halaldır", deyərək qızlar bir-biri ilə cinsi əlaqəyə girməyə zorlanırdı:

"Adnan Oktar xəstəliyi ucbatından heç kimlə cinsi əlaqəyə girə bilmirdi. Amma oğlanları və qızları hər gün bir-biri ilə əlaqəyə girməyə məcbur edirdi. O deyirdi ki, bunu din buyurur. Siz kişilərin bütün ehtiyaclarını qarşılamalısız, əks halda mələklər sizi lənətləyər".

"Məni qardaşımla cinsi əlaqəyə məcbur etdi" - Adnan Oktarın ağlasığmaz iyrəncliyi"Məni qardaşımla cinsi əlaqəyə məcbur etdi"

34 yaşlı G.S. onu öz qardaşı ilə cinsi əlaqəyə girməyə məcbur etdiyini deyib: "Məni öz aralarına aldıqlarında hələ kollecdə oxuyurdum. Bir neçə dəfə onun evlərindən birinə gedib-gəldim. Daha sonra yanıma bir adam qoydu və hər yerə onun nəzarəti altında gedirdim. Əvvəl elə bilirdim bu mənim təhlükəsizliyim üçündü, yalnız sonra anladım ki, qaçıb burada baş verənləri kiməsə danışmayım deyə belə bir addım atıb. Bir dəfə məni qrupda bir neçə oğlanın qarşısına atdı və münasibətə girməmizi əmr etdi. Məni öz qardaşımla cinsi əlaqəyə məcbur etdi. Etiraz edəndə isə bunun Mehdinin əmri olduğunu dedi".

"Əlləri ilə toxunub azyaşlı qızları bədbəxt edirdi"

G.S. polisə verdiyi açıqlamasında Adnan Oktarın eyni anda iki bacı ilə imam nikahı qıldığı və onlarla yalnız əl təması quraraq münasibətə girdiyini dedi: "O deyirdi ki, Quranda bu məqbul hesab olunur. İki bacıya eyni anda "Mən sizi qəbul etdim, razısınızmı?", yanındakı şahidlərə "Siz də şahidisinizmi?" deyərək imam nikahı mərasimi keçirdi. Mən orda olduğum müddətdə onun kiminləsə yaxın münasibətə girdiyini görmədim. Yalnız əlləri ilə toxunub qızları hiss edirdi. O deyirdi ki, gözəl qızlara toxunmaq halaldı. Bizə baş örtüyünü qadağan etmişdi. Həmişə deyirdi ki, dində bikini halal hesab edilir, baş örtüsü haramdı".

"Ailələrinizin bütün varidatını təşkilatın hesabına köçürməlisiz"

İfadədə qeyd edilən dəhşətli məqamlardan biri də Adnan Oktarın özünə maliyyə toplamaq məqsədilə "kedicik"lərin ailəsində yaşlı və imkanlı olan şəxslərin ölümünə dua etmək olub:

"Hər kəs qazandığı bütün pulları və onlara ailəsindən qalan mirası örgütün hesabına keçirməliydi. O, hamının ailəsini araşdırırdı. Kimin ailəsində imkanlı və yaşlı şəxslərin olduğunu öyrənirdisə, dua edirdi ki, tez ölsün və mirasdan qruplaşmanın hesabına da pul gəlsin. Hətta bəzən onların ölümünü tezləşdirəcək addımlar da atırdı".

İyrənc "Turnike" sistemi

İfadəsində təşkilatda olan bəzi qızların evlilik bəhanəsi ilə aldadıldığını bildirən G.S onların yeni gələn oğlanların hər biri ilə münasibətə zorlandığını da bildirib:

"Qızları "sizinlə evlənəcəyik" deyərək aldadıb bu təşkilata gətiriblər. Lakin həmin şəxslər qızları şantaj edirdilər. "Yeni gələn oğlanlarla cinsi əlaqəyə girməsən səninlə evlənməyəcəm" deyirdilər. Qızlar bu şəkildə "turnike" adlanan iyrənc sistemə daxil olur və hər gün onlarca təşkilat üzvü ilə birlikdə olmağa zorlanırdılar. Bu sistemə etiraz edən qızlar isə təşkilat üzvləri tərəfindən alçaldırdı. Gizli kameranın olmasından qorxan qızlar bu barədə şikayət etməyə belə çəkinirdilər"

"Təşkilatdan ayrılsam, Allahın bütün lənəti üzərimə olsun"

G.S deyir ki, təşkilata təzə gələnlər Adnan Oktarın tələbi ilə and içirdilər:

"Adnan Oktar qrupa daxil olan hər kəsə ilk növbədə and içdirirdi. Yeni gələn hər kəs təşkilatdan ayrılmaması üçün sədaqət rəmzi kimi and içirdi. "Əgər camaatdan ayrılsam, Allahın, mələklərin və bütün lənət edicilerin lənəti üzərimə olsun"- deyə hər kəs and içdikdən sonra təşkilat üzvü hesab olunurdu".

Zərərçəkmiş deyir ki, xüsusən qızların təzyiq altında saxlanılması işə yarayırdı. Din üzərindən onlara təzyiq edirdilər: "Adnan Oktar deyirdi ki, 5 dəfə namaz qılınmaz, dində namaz iki vaxt qılınar. Namazda Quran ayələrindən oxunmaz, sadəcə təqdis edilir. Dəstəmazda ayaq yuyulmur, əksinə ayağa da, başa da quru şəkildə məsh çəkilir, Hicabının Quranda olmadığını, qadın alt paltarının, hicab üçün yetərli olduğunu deyirdi".

"16 illik əzabdan qaçmaq üçün 3 ay plan qurdum"

Uzun müddət qaçmaq üçün plan hazırladığını deyən G.S yalnız 16 il sonra həyata keçirə bildiyini deyib:

"Bu bataqlıqdan necə qurtulacağını uzun müddət düşünürdüm. Belə bir cəmiyyətin İslamla heç bir əlaqəsi yoxdur. Təşkilatdan ayrılmaq o qədər asan deyildi. Hər yerdə kameralar var. Bütün evlərdə saxlanılan qızlar nəzarətdə qalır. Tək heç yerə gedə bilmirik, hətta həkimə belə. Əvvəllər buna müsbət tərəfdən yanaşsam da, indi eyni fikirdə deyiləm. Oradan ayrılma ehtimalı belə ola bilməz. Çox ciddi təhlükəsizlik tədbirləri görülüb. Zirehli vasitələr, hər kəsdə bir neçə silah var. 3 ay qaçmaq üçün uyğun zaman gözlədim və bir gün gecə hamının yatdığı bir saatda qapının kilidini sakitcə açıb, əvvəlcədən çağırdığım taksi ilə qaçıb ailəmin yanına qayıtdım".

"Qaçanlara sosial media üzərindən təzyiq göstərilirdi"

"Adnan Oktar təşkilatdan ayrılan və buna cəhd edən hər kəs üçün hazır planlar saxlayırdı. Camaatdan ayrılan şəxslərin dərhal polisə gedəcəyini bilən Adnan Oktar, onların kod adına sosial mediada alçaldıcı müzakirələr açır, təhqir edilmələrinə şərait yaradırdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6321   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 900
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 653
.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17.04.2024 1202
.

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birg

17.04.2024 974
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 308
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 476
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 931
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 330
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 81