Gürcüstan prezidenti Putinə cavab verdi

Gürcüstan prezidenti Putinə cavab verdi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinin Gürcüstanın NATO ilə münasibətlərinə dair son bəyanatına münasibət bildirib.

Modern.az-ın yerli bürosunun məlumatına görə, G. Marqvelaşvili Gürcüstanın NATO ilə əməkdaşlığının regionda təhlükəsizliyə xidmət etdiyini və Rusiyanın cənub sərhədlərində sabitliyə kömək etdiyini bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Lakin etibar qonşu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə bərpa oluna bilməz”.

Qeyd edək ki, V. Putin bu gün Ukrayna və Gürcüstanı NATO-nun tərkibinə qatmağa çalışanları bu məsuliyyətsiz qərarın nəticələri barədə düşünməyə çağırıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 964 Tarix: 19.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 20.07.2018
Ay Rusiya guya sen bele duwunursen Gurcustanin geleceyini... Oz menafeincin caliwirsan
Everything is good... Never feel the bad


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər