Ata 7 yaşlı qızını illərlə zorladı: "Anamın məcburiyyəti ilə..." - Telekanal rəhbərinin ŞOK ƏMƏLİ

Ata 7 yaşlı qızını illərlə zorladı: "Anamın məcburiyyəti ilə..." - Telekanal rəhbərinin ŞOK ƏMƏLİTürkiyənin "MTV", "Eurosport" kimi əyləncə və tematik telekanal sahibi Fatih Oflaz qızını cinsi istismara məruz qoymaqda ittiham edilir.

17 şirkəti və milyon dollarlıq sərvəti olan F.Oflazın qızı məhkəmədə başına gələnləri danışıb. Qız yaşadıqlarına görə atasından, onu atasının evinə göndərən anasından, onu qorumayan qardaşından və mübarizə apara bilmədiyinə görə özündən də nifrət etdiyini deyib:

"Atam hər zaman despot bir insan olub. Hər şey onun istədiyi kimi olmalı idi. 7 yaş yarım olandan 15 yaşıma qədər davamlı olaraq atamın cinsi istismarına məruz qalmışam. Anamla ayrılandan sonra anamın məcburiyyəti ilə daim atamın evinə gedirdim. İllərlə heç nə demədim, heç nə olmamış kimi davranırdım. Lakin həmin illərdən etibarən gecələr yata bilmirəm. Axırda hadisəni danışıb gerçəklərlə üzləşməyə qərar verdim. Nə bu şikayət, nə də məhkəmənin qərarı mənim yaşadıqlarımı dəyişdirəcək. Mənim həyatım məhv oldu. Dünyada tək qalmışam. Ömür boyu bu xəstəliyə məhkum olacam".

Məlumatda bildirilir ki, hadisə bir gün qız yenə də anasının məcburiyyəti ilə atasının yanına göndərilərkən baş verib. O, hər şeyi ana nənəsinə danışıb. İddiaya görə, qız 3 dəfə intihara cəhd edib, sonra isə psixoloji dəstək alıb.

Psixiatr Turqut Kundakçı 30-cu seansda qız təhlükəsizliyinin təmin edildiyi halda atası ilə üzləşməyə razı olduğunu bildirib:

Psixiatr F.Oflazın qızını cinsi istismara məruz qoyması ilə bağlı iddiaları qəbul etdiyini bildirib. Hətta F.Oflazın buna görə xaricdə psixoloji dəstək aldığını da deyib. O, F.Oflaza pedofil diaqnozu qoyub, bunun uşaq yaşlarında istismara məruz qalması ilə əlaqələndirib.

F.Oflaz isə deyilənləri inkar edib. Keçmiş həyat yoldaşı və qızının ondan pul almaq məqsədilə belə bir ittiham irəli sürdüyünü bildirib. Şahid ifadələri və araşdırmalardan sonra F.Oflaza öz qızını dəfələrlə istismara məruz qoyduğuna görə 22 il 6 ay həbs cəzası verib. Onun əvvəllər heç bir məhkumluğunun olmaması əsas gətirilərək cəza 18 il 9 aya endirilib.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1991   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995