Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO

Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEOXəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada intihar hadisəsi baş verib. Belə ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

BiG.AZ xəbər verir ki, intiharın baş verdiyi 24 B saylı binanın sakinləri hadisə ilə bağlı "Sputnik Azərbaycan"a yeni məlumatlar veriblər. Onların sözlərinə görə, "yoldan keçən", "könlünə ölmək düşən" hər kəs bu binaya üz tutur: "Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır".

Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: "Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, "İnşaatçılar" metrostansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb".

"Qız yerə düşəndə əynində paltarının olmadığı görünsə də, görünür, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi" — deyə bina sakini bildiriblər.

Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti bir saata yaxın yerdə qalıb: "Heç kim üstünü örtmürdü. Camaat kiçik uşaqları ilə gəlib meyitə baxırdı. Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu".

Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: "Binadakı mənzillər kimə gəldi, kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur".

Binanın komendantı Toğrul Kətanov bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: "O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib".

T.Kətanovun sözlərinə görə, bina iki ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: "Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq".

Komendant, həmçinin qeyd edib ki, binada mənzillər mənzil sahibləri tərəfindən kirayə verildiyinə görə, o, bu məsələlərə müdaxilə edə bilmir.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə isə, qız mənzildə tək olmayıb: "Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9231   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304