İrəvan Ordumuzun sirlərini öyrənmək üçün hərəkətə keçdi - Qriqoryandan inanılmaz sözlər

İrəvan Ordumuzun sirlərini öyrənmək üçün hərəkətə keçdi - Qriqoryandan inanılmaz sözlərErmənistanda hakimiyyət dəyişikliyindən sonra İrəvan Rusiyanın narazılığına səbəb olsa da NATO ilə daha sıx münasibətlər qurmaq istədiyini gizlətmir.

Ermənistan milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bunun səbəbini etiraf edib.

Rusiyanın "Kommersant" nəşrinə danışan Qriqoryan bildirib ki, Ermənistan Azərbaycan Ordusunun necə işlədiyini anlamaq və rəqibin ordusu kimi güclənmək üçün NATO ilə sıx əməkdaşlığı dəstəkləyir.

"İrəvan Əfqanıstan və Kosovoda mövcud sülh missiyaları çərçivəsində NATO ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Ermənistan üçün bu əməkdaşlığın xeyri erməni hərbiçilərinin təcrübələrini artırmasıdır. Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir. Bu, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan üçün faydalıdır. Bununla yanaşı, azərbaycanlı hərbiçilər NATO üzvü olan Türkiyədə təlimlər keçirlər. Biz NATO ilə əməkdaşlıq edərək, bu strukturu anlamaq və Azərbaycan ordusunun necə işlədiyini bilmək istəyirik", - deyə Qriqoryan etiraf edib.

Lakin o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını istisna edib.

A.Qriqoryan həmçinin, Ermənistanın cəbhədə hücuma keçə biləcəyini də qeyd edib: "Dağlıq Qarabağ məsələsində İrəvanın hazırkı siyasəti "fəal müdafiə" kimi səciyyələnir, lakin bu təkcə müdafiədən ibarət deyil. Biz hansısa önləyici addımlar da ata bilərik".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1020   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 258
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 633
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 379
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 445
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470