Oğruluğa getdiyinə peşman oldu

Oğruluğa getdiyinə peşman olduAzərbaycanın Hacıqabul rayonunda silahlı insident olub. Belə ki, ev sahibi evə girən oğrunu yaralayıb.
"Mərkəz"in məlumatına görə, bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.
Məlumata görə, rayon sakini Sevda Ələkbərovanın evinə açıq qalan qapıdan girən maskalı naməlum şəxs tüfənglə onu hədələyərək pul və qızıl əşyalarını verməsini tələb edib. Səsə-küyə gələn Sevda Ələkbərovanın oğlu Bəhram Ələkbərov özünə məxsus tüfənglə həmin şəxsi hədələyərək evdən çıxmasını tələb edib. Oğurluğa girən şəxs ev sahibinə tabeçilik göstərmədiyi üçün B. Ələkbərov silahdan atəş açaraq onu yaralayıb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Araşdırmalar zamanı evə basqın edən həmin şəxsin Hacıqabul şəhər sakini Rahil Şahkərəmov olduğu müəyyən edilib və o xəstəxanaya yerləşdirilib. Rahil Şahkərəmovdan hadisə zamanı istifadə etdiyi qundağı kəsik tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Azəri Mp3   Baxılıb: 2930   Tarix: 29 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş